Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
Tarix: 07-08-2022 | Saat: 11:58
Bölmə:Karusel / M / Gündəm / Araşdırma / Reportaj | çapa göndər




Mərdan Camalovun dayısı oğlu Azər isə killerlik edirmiş… 

Məlumat üçün qeyd edək ki, dünən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bura qədər rəsmi məlumat.
Görəsən,  Şirvan Şəhər Polis İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şəhərin Bələdiyyəsi, Şəhərin Ağsaqallar Şurası, Şəhərin  din xadimləri  və s bu günədək hara baxırdı ki,  vəziyyət bu həddə gəlib çatıb. Nə üçün Şirvan şəhərinə yeni polis rəisi təyin olunmayana qədər Şirvanda bu işlər görülməyib? Sağ olsun Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovu. Gənclərin irəli çəkilməsi və kadrların düzgün seçilməsi həm kollektivi, həm də Şirvan camaatını ruhlandırır. Yeni təyin olunmuş polis rəisi vətəndaşları şəxsən özü qəbul edir. Baş verə biləcək cinayət hadisələrini önləməyi işçilərinə tövsiyə edir. Bu,  cümlələr Şirvan sakinlərinin redaksiyamıza olan telefon zəngində bildirilib. Sakinlər həm də bildirirlər ki, narkotacirlərə qarşı polisin apardığı mübarizə bəzi dırnaqarası jurnalistləri qıcıqlandırır. Belə ki, həmin qıcıqlanan jurnalistin sürücüsü də deyəsən bu işlərlə məşğuldur. Bu məsələləri buraxırıq zamanın ixtiyarına. İstintaq işlərinə mane olmamaq üçün həmin şəxsin adını çəkmirik. İndi isə mövzumuzu davam edirik.
Məlumat üçün qeyd edək ki, Şirvan şəhərinə uzun müddət Mərdan Camalov  rəhbərlik edib.
Bəli, Mərdan Camalov düz 15 il ( 2009 -2015 –ci illər ) Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olub və hazırda  Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdıır.
Oxucular təəccüblə soruşa bilərlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı  bu  gün yayılan xəbərin  cənab  Mərdan Camalova nə dəxli var..?
Birincisi, nəzərə almaq lazımdır ki, Mərdan Camalov  15 il Şirvan şəhərinin rəhbəri olub. Və bu gün yayılan neqativ xəbərə görə, o, ən azı mənəvi məsuliyyət daşıyır.
Guya Mərdan Camalovun Şirvandakı narkotacirlər barədə məlumatı yox idi..?
Gündəlik-Bakı olaraq neçə vaxtdır ki, cənab Mərdan Camalovun Şirvan şəhərindəki əməlləri barədə  yazırıq. Niyə bircə dəfə müvafiq dövlət orqanları maraqlanmadı, soruşmadı ki, Mərdan hara, narkoşəbəkə hara..?
İndi bir-bir bu məsələyə toxunaq.
Yaxından-uzaqdan  Mərdan Camalovu  tanıyanlar bilir ki, onun qardaşı Şirvanda  bütün günü damağında Kazbek  “çəkə-çəkə” o yana gedir, bu yana gedir...

O, ən çox sevdiyi mahnı olan  “Siqaramın dumanı sən...”i zümzümə  edərək gündə 3-4 dəfə qardaşının kabinetinə girib çıxırdı.
İcra başçısının qardaşı bu gündədirsə, indi başqalarını təsəvvür edin.
Bu hələ harasıdır..?
Mərdan Camalovun ən yaxın və doğma adamı olan dayısı və bacanağı, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Balamirzə müəllim kollecin ərazisini  aptekə satıb, özünün də dərman deposu var.
Görəsən, Mərdan Camalov bilmirdi ki, dayısının dərman deposunda  nələr satılır..?
Biz  hələ Əmişin əməllərinə dərindən toxunmuruq.
Bəli, Mərdan Camalovun yaxın qohumu Əmiş adlı şəxs Şirvanda  nakotik yaymaqla məşğuldur, ona  rayonda  baron Əmiş deyirlər.
Hətta Əmişin uşaqlarının anası, yəni  həyat yoldaşı da Şirvanda “mal” satmaqla məşğuldur.
İndi görüsünüzmü, Mərdan Camalov qırxayaq ( osminoq ) kimi haralaradək kök atmayıb.
Bəli, narkotacirlərin çoxu kriminal aləmlə birgə fəaliyyət göstərirlər.
Deyirlər ki, Mərdan Camalovun dayısı Pirverdinin oğlu  Azər killerliklə məşğul olub.
Bəli, Mərdan Camalovun dayısı  Pirverdi Məmmədov əvvəl rayonda  yağ  zavodunun direktoru olub, sonra qohumu mərhum nazir Yavər Camalovun sayəsində  xeyli müddət Bakı neft  şirkətlərində qaraj müdiri işləyib.
Bəli, Mərdan Camalovun dayısı Pirverdinin oğlu  Azər Məmmədov baron Teyyub Tağıyevi güllələdiyi üçün həbs olunub və  hazırda 9 saylı həbsxanada məhbus həyatı yaşayır.  Azər  Məmmədov özü də vaxtilə DİN-in əməkdaşı olub. Və bu Azər Məmmədovun ilk cinayəti deyil. O, bir neçə dəfə müxtəlif  şəxsləri güllələyib. Azər Məmmədov  qohumu Mərdan Camalova  arxayın olaraq  sahibkarlardan zorla  pul tələb edirmiş, yəni qara məsələlərə baxırmış.
İndi gördünüzmü, bu gün yayılan rəsmi xəbərlə  Mərdan  Camalovun xeyli əlaqəsi var.
Oğul istəyirəm ki, bu əlaqəni  detallarına qədər araşdırıb Mərdan Camlovun hansı  cinayətkar şəbəkənin ortasında olduğunu ortaya qoya. Və Mərdan Camalovu göndərə  zona...
Qarşı tərəfin mövqeyni  dərc etməyə hazırıq.
MƏNBƏ https://gundelik-baku.com/




Xəbəri paylaş

4798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___