Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc oğlan "Topaz"da uduzdu, qızını və arvadını isə... — Sumqayıtda şok olay
Tarix: 20-07-2022 | Saat: 11:35
Bölmə:Karusel / Hadisə | çapa göndər



Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Telman şəxsi münasibətlər zəminində arvadı Nərminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Məlumata görə, hadisə bu ilin yanvarın 2-də Sumqayıt şəhəri, 2-ci mikrorayonda baş verib. Telman yaşadığı evdə arvadı ilə mübahisə edib.

Mübahisə zamanı o, arvadını dabankeşlə döyüb.

İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 1987-ci ildə Neftçala rayonunda anadan olub və hazırda Sumqayıt şəhəri, 2-ci mikrorayonda ailəsi illə birgə yaşayır: “Nərminə mənim həyat yoldaşımdır. Onunla 2010-cu ildə ailə həyatı qurmuşam. Bu evlilikdən 2 azyaşlı qız övladım var. Evliliyinin ilk vaxtlarında münasibətlərimiz normal olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, son zamanlarda onun başqa şəxslərlə danışdığını aşkar etdiyi üçün münasibətləri pisləşib: “Nərminə də uşaqlarımızla birgə anasının yanında qalırdı. İş həyatımda da problemlər olduğu üçün öz mobil telefonumu lombarda qoyub, pul götürmüşdüm. Bu səbəbdən də telefonsuz qalmışdım”.

Telman deyib ki, yanvarın 1-də qaynanasıgildə olan zaman qızı Elmiradan müvəqqəti istifadə etmək üçün onun mobil telefonunu götürüb: “Həmin mobil telefona öz nömrəmi salaraq işlətməyə başladım. Həmin günü Nərminə mənə zəng etdi. Bildirdi ki, nə üçün qızımın telefonunu götürdüyümü dedi. Bu zaman mənə olub, keçəni danışdı”.
Telman qeyd edib ki, yanvarın 2-də, səhər saat 11 radələrində evdə olan zaman Nərminə birgə yaşadıqları evə gəlib: “Məndən həmin telefonu istədi. Mən telefonu verməkdən imtina edən zaman aramızda sözlə mübahisə düşdü. Bu zaman evdən getmək istədim. Nərminə gödəkçəmdən tutdu, evdən çıxmamağı bildirdi. Bundan əsəbləşdim, evin çöl qapısının yan hissəsində olan dabankeşi götürərək onun qolundan bir neçə dəfə zərbə endirdim. Bu zaman Nərminə geri çəkildi. Dabankeşi də götürərək evdən tez çıxdım. Həmin dabankeşi dəqiq yadımda qalmayan yerdə yaxınlıqda olan zibil qutusunun içərisinə tulladım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminənin sözlərinə görə, Telmanla hadisədən 2 ay əvvəl münasibətləri pisləşib: “Telman aylıq maaşını mərc oyunlarına qoyurdu. Həmin mərc oyunlarında tez-tez uduzduğundan müxtəlif şəxslərdən borc pullar alırdı. Mən də həmin borc pulları öz hesabıma bağlayırdım. Yaşadığım evə Telman pul gətirmirdi”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 2-də, saat 11 radələrində yaşadığı evdə olan zaman Telman azyaşlı qızına vermiş olduğu sadə telefonu götürməsini görüb: ”Həmin telefonu apararaq satacağını bildiyimdən ondan telefonu geri istədim. Bu zaman Telmanla aramızda mübahisə yarandı. Telman evin çöl qapısının yanına qovduğumuz dabankeşi götürdü. Həmin dabankeşlə bədən və baş nahiyyəmə bir neçə dəfə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım”.

Nərminə bildirib ki, bundan sonra polisə məlumat verib.

Sumqayıt şəhər Məhkəməsində Telmanın barəsində ittihamedici hökm çıxarılmayıb. Buna səbəb Telmanın arvadı ilə barışması, arvadının ondan şikayətçi olmaması olub.
Məhkəmə Telmanın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___