"Çıxıb efirdə şit-şit hərəkətlər edirlər, insanları təhqir edirlər"
Tarix: 16-07-2022 | Saat: 11:42
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Son vaxtlar Azərbaycanda komediya janrında hazırlanan səhnəciklər qızğın müzakirələrə səbəb olur. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar böyük salonlarda əyləncələr təşkil edirlər. Komediya janrında fəaliyyət göstərən sənətçilər cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onların işini qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır.
Bir neçə gün əvvəl deputat Etibar Əliyevin də bu barədə yazması ilə müzakirələr daha da qızışdı. Mövzu ilə bağlı danışan Xalq artisti Naibə Allahverdiyeva əvvəlki komediya ustalarının bu işdə daha professional olduğunu bildirib:
“Bu gün məni televiziyalar çağırsa da, efirlərə getmək istəmirəm. Çünki bəzi adamlarla efiri paylaşmaq istəmirsən. Onlar tamaşaçıya nə verirlər ki?! Ancaq gic-gic söhbətlər… Gəncliyi düşündürəcək, onlara doğru yol göstərəcək heç nə göstərilmir. Gənclik məhvə doğru gedir. Bu gün azca müşahidə aparsanız görərsiniz ki, gənclik nə gündədir. Əvvəllər belə şeylər yox idi. İncəsənət, musiqi, teatr insanları saflığa, işığa doğru aparan yol olmalıdır. İstedad buna görə verilib, incəsənətin işi budur”.
Aktrisa qeyd edib ki, bu gün komediya səhnəcikləri hazırlayan bir çox həmkarı vətəndaşları təhqir etməklə məşğuldur:
“Çıxıb efirdə şit-şit hərəkətlər edirlər, insanları təhqir edirlər. Komediya təbii ki, cəmiyyətdə olan çatışmazlıqları göstərmək üçündür, lakin bu o demək deyil ki, sən komediya vasitəsilə çıxıb insanları təhqir edəsən. Onlar çıxıb efirdə xalqın nümayəndələrini təhqir edirlər. Bu belə olmamalıdır. Əvvəllər insanlar komediyaya baxanda fikirləşirdilər ki, “Burada məndən danışılır, mənim obrazımdır” tez özlərini yığışdırırdılar. İndikilər isə baxıb gülür, deyir ki, “Bu mənəm ha-ha-ha! Məni göstərirlər” Vallah, bu komediya deyil, başqa şeydir. İzləyici və şou nümayəndələri arasında uçurum yaranıb. Yaxşı ki, mən şou adamlarını incəsənətə aid etmirəm. İncəsənət tamam başqa aləmdir. Onlar isə sənətlərini satırlar”.
Xəbəri paylaş
5228 dəfə oxunub.
Digər xəbərlər

(Yenisabah.az)
Xəbəri paylaş
Digər xəbərlər
4-09-2019, 17:57
Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı
1-09-2022, 13:16
Gülnar Əhmədova tutuldu: izi itirmək üçün görün nə edirmiş... - FOTO
18-06-2018, 12:29
Sabah 34 dərəcə isti gözlənilir
14-02-2017, 15:14
Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI
19-07-2019, 19:25
Məhkəmə sədri vəzifəsindən azad edildi və... - Prezidentdən SƏRƏNCAM
22-06-2016, 12:30
Fransız şirkəti İŞİD-ə vergi ödəyirmiş
25-05-2018, 15:05
"O, mənə atalıq etməyib" -Rəqsanə
28-06-2015, 18:16
Avropa demokratiyasının beşiyi avrozonadan çıxmağa hazırlaşır.
5-11-2016, 00:10
Xəzər silkələndi - Zəlzələ