Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arı sancması hansı halda ölümə səbəb ola bilər?
Tarix: 11-07-2022 | Saat: 11:58
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Çox nadir hallarda olsa da arı sancması ölümə səbəb ola bilir.

Bəs insan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?


Həkimlərin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının zəhəri deyil. Bu zəhərin həm təsiri, həm də miqdarı azdır. Zəhərin kimyəvi tərkibi də biokimyəvi maddələrlə zəngin deyil.

Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Lakin hətta belə halda da çox vaxt ölüm baş vermir.

Arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olarsa, orada dil və ya digər yumşaq toxumaları sanca və güclü allergik reaksiya (anafilaktik şok) yarada bilər. Belə reaksiya əsasən ari və arı məhsullarına həssas olan insanlarda inkişaf edə bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur.

Arı sancmasından dərhal sonra ilk yardım məqsədi ilə insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bu dərmanı allergiyaya meylli olmayan insana da vermək lazımdır. Xüsusilə də zərərçəkmiş uşaqdırsa.

Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.

Zədələnmiş yeri axar su ilə yuyun, istənilən antiseptik ("perekis", spirt və s.) vurun.

Zərərçəkmişə bol maye (isti şirin çay, kompot və s.) verin.

Əgər arının sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.

Zərərçəkmiş allergiyaya meyllidirsə, onu ilk yardım göstərdikdən dərhal sonra xəstəxanaya çatdırmaq lazımdır.







Xəbəri paylaş

3798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___