Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Oradan bir qamçı ver...” - “YouTube”un yeni trendi Çimnazın yatağındadır
Tarix: 07-06-2022 | Saat: 14:18
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər


“Youtube” platformasında “Çimnazla yataqda” adlı yeni bir layihə yayımlanmağa başlayıb.


Layihədə verilişin aparıcısı yataqda olur və dəvət olunan qonaq da onun yatağına girərək müsahibə veir. Layihənin adı medianın yeni formatdır. Aparıcı intim səslər çıxarır, cəzbedici danışıq tonu ilə suallar verir, bəzən isə efir etikasından kənar hərəkətlər edir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir neçə gündür sosial şəbəkələrdə layihə tənqid olunur.


Mövzu ilə bağlı Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli -a açıqlama verib.


O, bu cür verilişlərin irəli getməyəcəyini düşünür:





“Bu cür layihələrə 2 aspektdən yanaşıram. Birincisi, format olaraq fərqlənmək cəhdidir. Format olaraq kameraların yataq otağına girməsi, müəyyən intim söhbətlərin ictimai arenaya çıxarılması tamaşaçıların sayını və izlənməni artırmaq üçün diqqəti cəlb edən bir aspektdir. İkinci aspekt isə ümumiyyətlə “Youtube” kanallarını gözdən salmaqdır.

Layihədə təəccübləndirən heç bir şey yoxdur. Bu cür söhbətlər, yanaşmalar, erotik cingiltilər başqa verilişlərdə, “TikTok” platformasında, başqa “Youtube” kanallarında da var. Bunun bir müddət öz tamaşaçısı olacaq, amma belə layihələrin uzun müddət davam edəcəyinə inanmıram. Çünki hamı belə söhbətlərə meyilli deyil. İnsan üçün 2 nöqtə var: açıq və qapalı olan məsələlər. İntim söhbətlər ona görə gözəldir ki, o həmişə qapalıdır. O, insanların şəxsi həyatı və düşüncəsidir.


Mən bu cür layihələrin olmasını təqdir etmirəm. Müəlliflərin niyyətindən asılı olmayaaraq, bunun böyük uğur qazanacağına ümid etmirəm. Hərçənd ki, cəmiyyətdə bu cür verilişlərin də həvəskarları, buna vaxt sərf edən insanlar var. Onlar üçün bu maraqlı ola bilər. Ümumiyyətlə, televiziya düşüncəsinin belə bir verilişdən nə isə qazanacağını düşünmürəm. Burada səmərəli, gərəkli rüşeymlər görmürəm”.

(Bakupost.az)



Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___