Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Son zamanlar boşanmaya daha çox qadınlar ƏRİZƏ verir – SƏBƏB nədir?
Tarix: 30-05-2022 | Saat: 13:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Psixoloqların fikrincə, bu gün Azərbaycanda boşanmların əsas motivi xəyanətdir. Hətta bayağı və banal, bir sıra manipulyator teleserial, veriliş və şoular “boşanma” hadisəsini trendə çevirməyə maraqlıdırlar.

Psixoloq Gülnarə Orucova ilə müsahibəmizdə boşanmaya ərizə verənlərin çoxunun qadınlar olduğu üzə çıxıb.

“Bəzi kişilər olur ki, öz həyat yoldaşını sevir, hətta sevərək də xəyanət edir. Çünki illər sonra ailədəki sevgi sadəcə ailəni qorumaq xarakterli olur, cütlük arasında ehtiras sönür və kişi həyəcan axtarışına çıxır və özünə yeni sevgili tapır”.

Ekspert milli mental dəyərlərimiz bizim intim həyatımıza təsir etdiyini də qeyd edib:

“Kişilər intim həyatlarında müəyyən şeyləri öz xanımı ilə yaşamaqdan çəkinir, buna görə özünə qıraqda sevgili axtarır.

Daha bir məsələ də xəyanətin niyə, nə zaman edilməsidir. Bu şərtlər daxilində bəzən xəyanəti də bağışlamaq olar. Xəyanət qadının səhvi ucbatından ola bilir. Qadın hansısa yanlış addım atır, kişini bezdirir. İndiki qadınlar özgüvənsizdirlər. Həyat yoldaşım gəzər, başqası ilə bərabər olar deyə telefonlarına baxır, o qədər nəzarət edir, hədsiz yersiz qısqanclıqlar göstərirlər ki, artıq kişi bezir və həyat yoldaşına qarşı sevgi hissi də sönür”.

Psixoloq son zamanlar əxlaqsız qadınların sayının artmasına da toxunub. Amma buna başqa bir faktorun təsirindən danışıb:

“Ailələrin dağılmasında qadın xəyanəti yox, kişi xəyanəti əsas rol oynayır. Qadın evlilikdən 7-9 il sonra xəyanət edirsə, kişi isə 3 gün sonra xəyanət edir. Bunu statistika aydınlaşdırır. Cəmiyyətdə əgər iqtisadi vəziyyət aşağı düşürsə, iş yerləri tapmaq çətin olursa, oğru və əxlaqsızların sayı artacaq. Kasıbçılıqdan bəziləri bu yola qədəm qoyur. Bəziləri də artıq buna bir peşə, iş kimi baxırlar. Məlum məsələdir ki, bu gün əxlaqsız qadın artıq tutduğu yolla pul qazanırsa, o psixoloqa müraciət etmirlər. Çünki öz səhvlərin çox gözəl bilirlər. İnsan pul qazandıqca, fərq eləmir, hansı yolla pul qazanır, onun özgüvəni də artır”.

G. Orucova kütləvi şəkildə plastik əməliyyat edənlərin bəzi qismi haqqında da danışıb:

“İnsanlar əməliyyat edib özlərini elə bir vəziyyətə salırlar ki, artıq adı üstündə olur. Əgər fərdin kompleksi varsa, plastik əməliyyata gedə bilər. Amma əməliyyata gedib öz sinələrini, popolarını o qədər böyüdürlər ki, yəni bu insan düzgün insan olsa belə, bizim mentalitetin bir psixologiyası var, artıq sən inandıra bilməzsən ki, düzgünəm. Birmənalı olaraq, bu yola başlayırlar, daha sonra özlərində qüsurları görürülər, amma bilmilər ki, qüsur bədənlərində deyil, zəkalarındadır, o artıq bu əxlaqsız yola düşübdür”.

Psixoloqun fikrincə, plastik əməliyyat edənlər özlərini sürətlə fəlakətə sürükləyirlər:

“Hər gün nə qədər plastik əməliyyatlar olunur. Bəzi təbəqənin plastik əməliyyat etməsi normaldır. Buna müğənnilər, teleaparıcılar, göz önündə olan insanlar aiddir. Sıradan insanlara, evdar xanımlara, çəkisi çox olmayıb amma çəki atmaq üçün əməliyyata girən insanlara plastik əməliyyat lazım deyil. Belə insanlar ancaq paltarda xoşbəxtdirlər, onlar soyunanda dünyanın ən bədbəxt insanı olurlar”.
//bizim. media//
0





Xəbəri paylaş

4438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___