Bu burun damcılarından və spreylərdən istifadə etməyin! Ağır FƏSADLAR yaradır
Tarix: 20-05-2022 | Saat: 11:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2022 | Saat: 11:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Zökəm və ya allergiya zamanı burunda olan selikli qişa şişir, damarlar genişlənir, onların keçiriciliyi artır ki, bu da çoxlu miqdrada seliyin əmələ gəlməsinə gətirib çıxardır. Nəticədə burun yolları daralır, selik çölə axa bilmir və burnumuz "tutulur".
Adətən belə vəziyyətdə biz damar daraldan burun damcılarından və ya spreylərdən (qalazolin, naftizin, dlyanos, nazol, sanorin və s.) istifadə edirik. Bu vasitələr burun damarlarını daraldır ki, nəfəsalma da asanlaşır.
Lakin belə vasitələrdən yalnız az bir müddət ərzində (5-7 gün) istifadə etmək olar. Daha uzun müddət ərzində istifadə etdikdə bu vasitələr çox ciddi fəsadlar yaradır - burunun selikli qişası qalınlaşır, onun üzərində poliplər əmələ gəlir, burun nəfəsalması pozulur, bəzən hətta tam mümkünsüz olur, insan daim hiss edir ki, onun burnu tutulub.
Belə vəziyyətdə insan damar daraldan vasitələrdən istifadə etməyə davam edir və nəticədə qüsurlu və qapalı dairə yaranır: insan damar daraldan damcılardan istifadə edir - selikli qişa qalınlaşır - burun tutulur - insan yenə damcılardan istifadə edir - selikli qişa daha da qalınlaşır və s. Vəziyyət elə həddə çata bilər ki, qalınlaşmış selikli qişa burun yollarını tam bağlayacaq. Bunun isə yeganə çıxış yolu artıq selikli qişanın cərrahi yolu ilə xaric edilməsidir.
Bu səbəblərə görə bütün dünya LOR həkimlərinin assosiasiyaları zökəm və ya allergiya zamanı damar daraldan vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmir.
Bəs onda zökəmi necə müalicə edək? LOR həkimləri burun yollarını duzlu su ilə yumağı, tərkibində hormonlar (steroidlər) olan damcılardan istifadə etməyi (7 günə qədər) və tərkibində "psevdoefedrin" olan dərmanlardan birini (məs., ferveks, koldreks, teraflü) qəbul etməyi tövsiyə edir.
Diqqət! Hamiləlik zamanı damar daraldan vasitələrdən istifadə döldə hipoksiyaya (oksigen çatışmazlığı) səbəb ola bilər.
Xəbəri paylaş
Digər xəbərlər
5-12-2018, 12:44
"Ərim Surqutda toy təşkilatçısıdır" - Ülviyyə
12-04-2017, 16:06
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
15-09-2015, 10:01
Manatın bu günə olan rəsmi məzənnəsi – CƏDVƏL
3-03-2016, 13:17
DİN saxta saytla azərbaycanlıları soyan dəstəni saxladı (FOTO)
11-06-2017, 11:37
Safura Əlizadə Natiq Əliyevin vəfatından yazdı - FOTO
27-06-2017, 09:54
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzib
7-05-2016, 15:35
Xocavənddə mitinq: Ermənilər Saakyana qarşı
7-12-2015, 09:11
Bakıda tualetli avtobuslar VIDEO
18-12-2015, 15:31
Müdafiə Nazirliyi düşmənə sarsıdıcı zərbələrin anonsunu verdi