DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Tarix: 06-05-2022 | Saat: 11:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
BDYPİ-dən daxil olan müraciətdə deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur. Qeyd olunub ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Xəbəri paylaş
3938 dəfə oxunub.
Digər xəbərlər

13-07-2022, 10:34
Ayın sonunda karantinlə bağlı yeni qərar gözlənilir
21-11-2021, 12:10
“Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır
29-12-2017, 10:09
Boğazında daş qalan 1 yaşlı körpə boğulub öldü-Bakıda
26-12-2015, 15:07
Azərbaycanda 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub
8-04-2015, 12:06
Rusiyada gənc qız özünü 16-cı mərtəbədən atdı – VİDEO (18+)
25-08-2021, 13:02
“Shaurma 1”-lərin sahibi Natiq Sadıqov adam oğurluğunda təqsirli bilindiyinə görə ölkədən qaçdı?! – VİDEO
4-01-2017, 01:34
Saatlıda 5 otaqlı ev yandı