Bakıda polis iki uşaq anasını ondan ayrılmaq istədiyi üçün öldürübmüş - TƏFƏRRÜAT
Tarix: 06-05-2022 | Saat: 11:45
Bölmə:Karusel / Hadisə | çapa göndər
Aprelin 22-də Nərimanov rayonunda polis mayorunun sevgi münasibətində olduğu qadını və özünü güllələyərək öldürməsi ilə bağlı bəzi detallar məlum olub.
Ilkin məlumata görə, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru T.Aslanov Günay Cabbarovanı ondan ayrılmaq istəməsinə görə öldürüb.
Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olan və həkim-uroloq kimi çalışan G.Cabbarova ilə Tural Aslanov arasında bir neçə il əvvəl münasibət yaranıb. Daha sonra cütlük arasında problemlər başlayıb. Buna səbəb isə Günayın Turaldan ayrılmaq istəməsi olub. Tural Aslanov bununla razılaşmayıb və onların arasında mübahisə böyüyüb.
Araşdırmalarla müəyyən edilib ki, hadisədən əvvəl T.Aslanov Xəzər Rayon Polis İdarəsində növbətçi qrupda olub və aprelin 21-dən 22-nə keçən gecə Günayla əlaqə saxlayıb. Səhər saatlarında isə polis zabiti silahını götürərək idarəni özbaşına tərk edib və birbaşa Mərdəkan qəsəbəsindən Nərimanov rayonu Qarabağ küçəsinə - Günay Cabbarovanın yaşadığı mənzilə gedib. O, burada Günaya üç, daha sonra isə özünə bir dəfə atəş açıb və hər ikisi hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, bu kimi hadisələrdə cinayəti törədən və cinayət törədilməsinə zəmin yaradan şəxslər həyatda olmadığına görə, sonrakı mərhələdə faktla bağlı açılmış cinayət işləri üzrə cinayət təqibi dayandırılır və işə xitam verilir.
Xatırladaq ki, qətlə yetirilən G.Cabbarova iki uşaq anası olub.
Xəbəri paylaş
3978 dəfə oxunub.
Digər xəbərlər

25-08-2020, 13:36
Ronaldinyo azadlığa buraxıldı
13-10-2020, 20:20
Gəncədəki erməni vəhşiliyi Britaniya səfirini sarsıtdı
30-05-2019, 13:56
"WhatsApp"dan daha bir yenilik
13-02-2017, 14:28
"Balotelli məşqlərdə üzümüzə belə baxmır"
5-04-2016, 15:16
Ermənistan atəşkəs elan etdi
19-07-2016, 12:01
Yol polisindən sürücülərə - Müraciət
27-06-2016, 12:19
Lənkəranskinin adamı Ermənistana qaçarkən tutuldu
15-03-2022, 11:21
Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? - AÇIQLAMA
18-10-2017, 15:44
Nazim Maral Tahirqızının ifasına İRAD BİLDİRDİ - VİDEO
18-04-2018, 09:24
Duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər