Pensiyası az olanların NƏZƏRİNƏ: Əlavə müavinət təyin olunacaq
Tarix: 28-04-2022 | Saat: 10:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
2658 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-04-2022 | Saat: 10:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Bununla bağlı "Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Təklif edilən dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər xəbərlər
4-11-2015, 12:03
Əli Şaxtaxtinski intihar edib - YENİLƏNİB
21-08-2016, 10:10
Hizbullah liderindən sensassiyalı - Açıqlama
13-10-2017, 10:59
Hansı məşhurların övladları hərbi xidmət keçib? - SİYAHI
6-09-2015, 15:19
Döydüyü adamı ölümdən belə xilas etdi – Video
9-01-2019, 11:34
Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi
18-02-2016, 22:31
İcra başçısı sakinlərin evində - Foto
13-12-2015, 15:53
4 yaşlı qızın arzusuna baxın, TIR sürmək... - Və arzusuna çatdı - VİDEO
4-03-2019, 20:38
Azərbaycanda 31 432 narkoistifadəçi var - RƏSMİ
15-12-2015, 00:46
İŞİD-ə qoşulan 5 nəfərə hökm oxundu
{sape_links}{sape_article}