Xəbər verdiyimiz kimi, aprelin 26-da Yasamalda ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirib.
Uşağın anası hadisənin baş vermə səbəbindən danışıb.
O, İTV-yə açıqlamasında bildirib ki, hadisə qısqanclıq zəminində baş verib.
"Uşağı götürüb buradan ora atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu eləmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib" - ana bildirib.
Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov ötən gün polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.
Əlavə edək ki, vəziyyəti yaxşılaşmağa doğru gedən körpə, reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb. Hazırda dinamik müşahidə və konservativ müalicə davam etdirilir.
“Deyir, uşaq mənim deyil, başqasındandır” - Yerə çırpılan körpənin anası
Tarix: 28-04-2022 | Saat: 10:12
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5278 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-04-2022 | Saat: 10:12
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-08-2020, 13:51
"Baş Nazirin müavini dişinə bir milyon xərcləyib"
10-04-2022, 10:25
Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? - VİDEO
11-06-2017, 23:19
Azərbaycanda iki nişanlı qızın evdən qaçmasının SƏBƏBİ BİLİNDİ - VİDEO
12-02-2017, 19:48
Arda Turan iştirak ərizəsinə salınmadı
1-04-2018, 16:52
İran Azərbaycandan elektrik enerjisi alacaq
16-12-2017, 11:41
Qəzzada toqquşmalar: 4 ölü, 400 yaralı
16-09-2016, 10:27
Röyanın gecəyarısı paylaşdığı VİDEO izləmə rekordu qırdı
17-08-2017, 16:48
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı
18-06-2016, 12:18
Turistlər Bakıda 5 ulduzlu otel sifariş edib
5-04-2017, 21:18
İslamiadanın Xəzərdən başlayan su səyahətinə start verilib