Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gecə klubunda yaralanan Təranə: "Partlayışdan sonra şikəst kimi gəzirəm" - FOTO
Tarix: 27-04-2022 | Saat: 10:41
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Gecə klubunda yaralanan Təranə: "Partlayışdan sonra şikəst kimi gəzirəm" - FOTO 



"Axı mənim 10 gün sonra çölə qızlarla çıxıb gəzməyim niyə milləti yandırır? Onsuz da qınaqdan qorxurdum. Mən partlayışdan sonra ağsaq qalmışam. Şikəst kimi gəzirəm. Həkim deyir gəzməlisən ki, yanan yerlər bitişməsin. Atamı itirdikdən sonra bu gün ilk dəfə "Tarqovu"da (Fəvvarələr meydanı) rəfiqələrimlə çıxıb gəzdim. Mənim dərdim mənimdir, sizin deyil".
Bu sözləri  "Location" gecə klubunda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva (Merlin Təranə) instaqram hesabında yazıb.
Bir neçə gün əvvəl atasını itirən model paylaşımlarına görə onu tənqid edən izləyicilərinə sərt cavab verib. Təranə "Qohum-əqrəbam məni qınamırsa, siz kimsiniz?" deyərək izləyicilərinin qınağına reaksiya bildirib:
"Bütün dərdimi yataq otağımda qoyub çıxıram. Bu xarakter də mənə atamdan keçib. Dağ kimi bibilərim, əmilərim, bibim uşaqları, ailəm yanımdadır, mənə dəstəkdirlər. Onlar heç nə demirsə, siz kimsiniz? Allaha şükr, mənim çox gözəl qohum-əqrəbam var. Allah onları mənə çox görməsin. Əsas onlar qınamırsa, siz heç kimsiniz də yəni..."
Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.

 
 


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___