Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgilisini aldadıb yarım milyona yaxın pulunu aldı - BAKIDA
Tarix: 26-04-2022 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sevgilisini aldadıb yarım milyona yaxın pulunu aldı - BAKIDA

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.
İş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.

Əldə etdiyimiz məlumata görə, A. Mirzəyev radiotezliklər idarəsində çalışır. S. Bədəlova A. Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.
İttihama əsasən, S. Bədəlova A. Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb. Sonradan isə ortada nə sevgi qalıb, nə də ki biznes.
Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.



Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___