Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşməsi məlum olub.
Bakı-Qazax magistralının 204-cü kilometrliyində "Toyota RAV4" markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.
İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ər-arvad istirahətdən qayıdarkən ölübmüş
Tarix: 25-04-2022 | Saat: 10:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
3978 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-04-2022 | Saat: 10:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
31-03-2017, 22:47
Tanınmış şair ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
5-06-2017, 21:25
Ramazanın 11-ci gününün duası - İmsak və iftar vaxtı
23-03-2021, 01:56
Hacı Əliyev erməniyə uduzmasından danışdı
13-05-2016, 19:03
Bizi türk kəşfiyyatına Bərzani satır - PKK
29-06-2021, 11:38
İntihara təşviq edən videolar ən çox TikTok-da yayımlanır
7-12-2017, 12:00
Sabah qar yağacaq
25-08-2015, 01:18
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Vest Bromviç Albion" üzərindəki qələbədən sonra...
13-06-2016, 18:26
ABŞ da daxil olmaqla dünya ölkələri… - PA rəsmisi
30-06-2023, 12:58
Qarışqadan da xırda çanta fantastik qiymətə satıldı