Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...
Tarix: 17-04-2022 | Saat: 10:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinət digər sosial ödənişlərdən asılı olmayaraq təyin ediləcək.
Bu, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanunda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə müəyyən edilmiş müavinətin təyinat məqsədi onların sağlamlıq imkanlarının məhdudluğunun yaratdığı çətinliklərin həllinə dəstək verilməsi üçün maddi təminatıdır. Ailə başçısının vəfatı ailə üçün əlavə maddi çətinliklər yaşatdığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli qanun ilə sözügedən qanuna edilmiş dəyişikliklə onların həmin müavinəti ailə başçısını itirməyə görə müavinətlə yanaşı almaq hüququ müəyyən edilib.
Lakin ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailənin əmək pensiyası hüququ yarandığı halda sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar təyin edilmiş müavinətin ödənilməsi dayandırılır. Bu da həmin kateqoriya şəxslərin, ümumilikdə ailənin maddi təminatının aşağı düşməsinə və haqlı narazılığına səbəb olur.
Bu problemin həlli məqsədilə təklif edilən dəyişiklik sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsini nəzərdə tutur.
Xəbəri paylaş
3558 dəfə oxunub.
Digər xəbərlər

18-02-2017, 13:33
Prezident İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü - FOTOLAR
29-01-2016, 12:30
Abşeronda oğlan sevgilisini bıçaqladı
13-05-2015, 02:28
Üzüyü hansı barmağa taxmaq lazımdır?
10-05-2022, 12:21
DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər - FOTO/VİDEO
12-06-2018, 10:04
Deputatlar bu gün növbədənkənar iclasa toplaşır
27-07-2015, 18:17
2 yaşlı qızı atası maşında öldürdü - FOTO
7-04-2015, 16:20
Leyla Əliyeva növbəti şeirini təqdim etdi
13-04-2022, 09:50
Polisdən əməliyyat - 200-ə yaxın şəxs saxlanıldı