Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Quru sərhədləri açılır? - Vahid Əhmədov ehtimala aydınlıq gətirdi
Tarix: 12-04-2022 | Saat: 10:51
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Quru sərhədləri açılır? 



Azərbaycanda 2020-ci il fevral ayının 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənmiş, 12 mart 2020-ci ildə isə ölkədə ilk ölüm halı qeydə alınmışdı. Pandemiyanın yayılması və epidemoloji vəziyyət ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini 2020-ci ilin mart ayında bağladı. Son dövrlər koronavirusa yoluxanların sayında kəskin azalma olduğundan ölkəmizdə karantin rejimi çərçivəsində bəzi yumşalmalar tətbiq edildi. COVİD-19 virusuna yoluxmanın nəzarətdə olduğu müddətdə hava nəqliyyatı ilə məhdudiyyətsiz gediş-gəlişlər bərpa olundu. Dəfələrlər quru sərhədlərinin mərhələli şəkildə açılacağı deyilsə də, niyə sərhədlər hələ də bağlıdır?
Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bu məsələnin Milli Məclisdə mütəmadi olaraq müzakirə olunduğunu bildirib.  
"Bu gün quru sərhədlərin qapalı saxlanılması düzgün hal deyil. Çünki artıq pandemiya faktiki olaraq yox səviyyəsindədir. Mən hesab edirəm ki, sərhədlər açılmalıdır", - deyə millət vəkili bildirib. 



Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___