"Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb".
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub:
"Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb”.
G.Məmmədova qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək:
"Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq. Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.
Dumanlı hava nə vaxtadək davam edəcək?
Tarix: 11-04-2022 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4028 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-04-2022 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
3-02-2016, 23:05
Oqtay Əsədov yunan nazirlə görüşdü
11-05-2017, 19:52
Dünyanı ağladan – FOTO
8-03-2021, 21:07
İsrail qəzeti Hacıyevin təşəkküründən yazdı
15-07-2016, 19:26
Tovuzda qəribə olay: Qəzaya düşən avtomobili oğurladılar
8-03-2017, 09:19
Prezident və xanımı yel çərşənbəsini belə qeyd etdi - FOTO
2-02-2023, 11:43
Martda 14 gün iş olmayacaq
9-04-2022, 12:50
İsmayıllı meşələrində nə baş verir? - Şikayətçilər danışır (VİDEO
27-02-2018, 19:57
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı -
12-11-2016, 22:19
Pakistanda İŞİD məscidi partlatdı: 43 ölü, 100 yaralı
3-11-2016, 19:07
HƏMAS: “İsrailin yanına qaçmayın”