Maska qadağası aradan qaldırılacaq? - Səhiyyə naziri aydınlıq gətirdi
Tarix: 09-04-2022 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.
Məlumatına görə, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.
Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur: "Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.
Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub: "Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, "Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.
Xəbəri paylaş
3308 dəfə oxunub.
Digər xəbərlər

2-10-2015, 12:52
Nazirlik 5550 nəfərə maşın verib
7-07-2015, 16:56
Efirdə göstərilənləri görüb istəyəcək deyə, televizoru söndürəm-Məzarılqda Yaşayan Ailəyə Yardım Başladı (FOTO)
31-03-2015, 17:19
Erməni himnini təhqir edən idmançı: Məndən başqa heç bir azərbaycanlı bunu edə bilməz
27-07-2018, 23:35
İdmançılarımız məşhur UFC döyüşçüləri ilə bir arada
11-08-2017, 13:07
Sabah 36 dərəcə isti olacaq
11-10-2022, 12:41
Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...
18-04-2018, 15:35
Temperaturu yüksələcək
25-01-2022, 16:24
Məhkəmədən Mətanət İsgəndərliyə BÖYÜK ŞOK: Gəlini CANANA... - VİDEO
18-04-2019, 14:30
Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
21-03-2017, 18:05
Ən təhlükəli qan qrupu