Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu şəxslərə oruc tutmaq haramdır - Hacı Şahin
Tarix: 02-04-2022 | Saat: 20:11
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

"Ümumiyyətlə, orucla bağlı ayələrdə buyurulur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni Allah heç bir insanı daşıya bilməyəcəyi yüklə yükləməz".
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Ramazan ayının başlanması barədə danışarkən bildirib.
İlahiyyatçının sözlərinə görə, oruc kənardan çətin görünsə də, düşünüldüyü qədər çətin deyil:
"Bəzən biz ibadətə kənardan baxıb, özümüz üçün çətinləşdiririk. Amma oruc çətin ibadət deyil. Əksinə oruc tutduqca, insan növbəti illərdə gələn Ramazan ayını gözləyir. Diləyir ki, Ramazan ayı gəlsəydi, oruc tutardım. Oruc insanda müsbət əhval-ruhiyyə yaradır”.
QMİ rəsmisinin fikrincə, oruc insanın dünyaya baxışını dəyişir:
“Oruc həyatdakı prioritetlərimizi dəyişir. Ramazan ayının orucu bizə xatırladır ki, biz insanıq. Bizim bioloji yönümüzdən əlavə mənəvi yönümüz də var. Ona görə də Ramazan ayı boyunca maddiyyatın səsini sanki az alırıq, mənəvi məsələlərə yönəlirik. Çalışırıq ki, öz mənəviyyatımızla məşğul olaq. Ramazan ayının orucu üçün verilən mükafatları insan gözünün önünə gətirəndə görür ki, Allah az işə böyük mükafat verir. Əslində, biz sadəcə bir neçə saat ac-susuz qalırıq. Onsuz da həmin yeməyi axşam yeyirik. Allah təala buyurur ki, oruc tutana şəxsən özümü verərəm, oruc tutanın mükafatı mənəm. Yəni oruc tutan insan cənnətdən də daha uca nemətlərə malik olur. İnsanlar diqqət etməlidir. Cəmi bir neçə saat insan özünə "yox" deməlidir. İnsan özünə "yox" dediyinə görə insandır. Bu baxımdan oruc çətin ibadət deyil".
Bundan əlavə, ilahiyyatçı orucun vacib buyurulmadığı şəxslərdən də danışıb:
"Qurani-Kərimdə bəzi insanlar oruc tutmaqdan istisna edilir. Xəstələr oruc tutmur. O xəstələr ki, həkimlər oruc tutmağın onun səhhətinə zərər verəcəyini deyir. Həmin şəxslər oruc tutmamalıdır. Bəzən görürsən ki, belə insanlar israrla oruc tutmaq istəyirlər. Deyirlər ki, mən tutacam, Allah mənə kömək olar. Amma Allah belə insanlara buyurur ki, orucunuzu pozun. Onların oruc tutmağı haram sayılır. Yaşlı insanlar, hamilə qadınlar, süd verən analar oruc tutmaqdan azaddır. İnsanlar uzaq səfərdə 10 gündən az qalırlarsa, onlar oruc tutmamalıdırlar".
Hacı Şahin, həmçinin oruc tutan şəxslərə öz tövsiyələrini çatdırıb:
"Oruc zamanı qidalanmağa gəlincə, ümumiyyətlə, çalışmaq lazımdır ki, boş mədəni birdən-birə yeməklə doldurmayaq. İftarda öncə maye qəbul edək, az miqdarda yemək yeyək, vitaminlərlə zəngin olan qidalardan istifadə edək. Yəni mədəmizə çox ağırlıq olmasın. Çünki oruc həm də sağlamlıqdır. İnsanın sağlamlığına müsbət təsir göstərir. Peyğəmbərimiz buyurur ki, oruc tutun ki, sağlam olasınız. Oruc qaydasıyla tutularsa, sağlamlığa da müsbət təsir göstərər. Amma iftarı gözləyib, mədəni birdən-birə dolduran insanlar bu xeyirlərdən də məhrum ola bilərlər".


Xəbəri paylaş

2958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___