Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc oğlan əxlaqsızlıq edən qadından elə şey tələb etdi ki... - Bakıdakı olayın təfərrüatı
Tarix: 24-03-2022 | Saat: 12:20
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində tanışı, 1988-ci il təvəllüdlü Lətifəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Sahib 2021-ci il iyun ayının sonlarında "Teleqram" sosial şəbəkəsinin tətbiqi proqramı vasitəsi ilə tanış olduğu Lətifə ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb. 16 iyul 2021-ci il saat 17 radələrində o, Lətifənin kirayədə yaşadığı mənzilə gəlib.
Sahib yataq otağında Lətifə ilə cinsi əlaqədə olub və cinsi ehtirasını iyrənc formada sonlandırmaq istəyib. Sahib ikinci dəfə Lətifə ilə cinsi əlaqədə olmaq istəyib. Amma Sahibin hərəkətlərindən boyun qaçıran Lətifə ikinci dəfə onunla əlaqəyə girməkdən imtina edib. Ondan evini tərk etməyi tələb edib.
Bunları bəhanə edən Sahib mənzilin dəhlizində Lətifənin bədəninin müxtəlif yerlərinə bıçaq zərbələri vurub. Eyni zamanda o, mələfəni Lətifənin boğaz nahiyəsinə dolayıb və onu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışıb.
Lakin Lətifə aktiv müqavimət göstərməklə yaralı vəziyyətdə ondan yayınıb və mənzildən yaşayış binasının blokuna çıxıb, köməyə qonşuları çağırıb. Vəziyyəti belə görən Sahib hadisə yerindən qaçıb. Lətifəyə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
"Pula ehtiyacı olduğunu bildirdi"
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında "AMORAL" qrupunda Lətifə ilə tanış olub: "Təxminən iyunun 7- 8-i aralığında 2 dəfə Lətifə ilə parkda görüşdük. O, mənə qızının xəstə olduğu üçün pula ehtiyacı olduğunu bildirdi. Lətifəyə ümumilikdə 1600 manat verdim".
"Pul qarşılığında cinsi əlaqəyə razılaşdı"
Sahibin sözlərinə görə, daha sonra Lətifə ondan təkrar pul istəyib: "Mən də Lətifədən kart hesabını göndərməsini istədim. Lətifə xatırlamadığım şəxsin "Kapital bank" kart hesabını mənə yazdı. Həmin hesaba "Milliön" aparatı vasitəsi ilə 550 manat köçürdüm. Bundan sonra Lətifəni görmədim. Lakin "Telegram" sosial şəbəkəsində danışdıq.
Daimi danışdığımıza və şəkillərini gördüyümə görə Lətifədən xoşum gəldi. Ümumi qrupda danışan zaman Lətifə 150-200 manata məbləğində pul qarşılığında cinsi əlaqədə olmasını yazsa da, fərdi danışan zaman bu barədə bir söz demədi".
"Qucaqlaşdım, öpüşməyə başladıq"
Sahib qeyd edib ki, hadisə baş verən gün saat 12 radələrində yaşadığı Montin qəsəbəsində marketdən yarım litrlik qabda olan 3 ədəd "GO" adlı spirtli enerji içkisi alaraq içməyə başlayıb: "Həmin gün təxminən saat 15 radələrində Lətifə ilə "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında danışdım. Ona evinə gəlmək istədiyimi bildirdim. Lətifə də razılaşdı, yaşadığı evin yerini vatsap sosial şəbəkəsində "konum" olaraq mənə göndərdi.
Öncə "Qara Qarayev" metrostansiyasına və oradan piyada mobil telefonda xəritədə göstərilən əraziyə getdim, Lətifəyə zəng etdikdə o, yanında adam olduğunu, bir saata zəng edəcəyini bildirdi. Təxminən bir saat sonra yenidən Lətifəyə zəng etdim. Mənə yaşadığı yerin ünvanını başa saldı.
"Qara Qarayev" metrostansiyasının çıxışında iki ədəd 0.5 litrlik qabda "Baltika 9" pivəsi aldım, Lətifənin kirayədə yaşadığı mənzilə getdim. Evə daxil olduqdan sonra Lətifə ilə qucaqlaşdım, öpüşməyə başladıq".
"Heç bir sübutun yoxdu, pulu qaytarmayacam"
Sahib bildirib ki, daha sonra mənzilin qonaq otağına keçiblər: "Lətifə orada aldığım "Baltika 9" adlı pivəni içməyə başladı. Mən də bir qədər həmin pivədən içdim. Sonra Lətifə ilə yataq otağına keçdik, orada olan çarpayının üzərində təbii yolla cinsi əlaqədə olduq. Cinsi əlaqəni başa çatdırdıqdan sonra Lətifə öncə hamam otağına daxil olaraq yuyundu. Sonra mən yuyundum.
Bir qədər sonra yenidən yataq otağına keçdik, təbii yolla cinsi əlaqədə olmağa başladıq. 8-10 dəqiqə keçdi, amma cinsi aktı başa çatdıra bilmədim. Lətifəyə gedərək yuyunmağı təklif etdim. O, hamam otağına girib, yuyunmağa başladı. Həmin vaxt hamam otağının qapısı açıq idi.
Hamamda olan Lətifəyə yaxınlaşdım və məndən aldığı 2000 manat puldan bir azını qaytarmasını, kredit borcumun olduğunu bildirdim.
Lətifə mənə "o pulu qaytarmayacağam, sənin heç bir sübutun yoxdur" dedi. Hamamdan çıxaraq mətbəxə keçdi və bıçağı götürərək mənə tərəf gəldi. Məndən mənzili tərk etməyimi tələb etdi. Əlindəki bıçağı mənə tərəf çəkdi, bıçaq yüngül şəkildə sinə nahiyəmə dəydi. Onun əlindəki bıçağı qolunu buraraq aldım. Qolaltı nahiyəsinə bir dəfə bıçaqla vurdum. Lakin zərbə güclü olmadı".
"Neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamıram"
Sahibin ifadəsinə görə, bıçaq zərbəsinin təsirindən Lətifə mənzilin dəhlizində kürəyi üstə yerə yıxılıb: "Mən də əlimdəki bıçağı dəhlizə atdım. Həmin vaxt Lətifənin və mənim əynimdə paltar olmayıb. Lətifə yerdə olan zaman onu sakitləşdirməyə çalışdım, tibbi yardım çağırdığımı bildirdim. Lətifə isə qışqırmaq istədi. Bu zaman hamam dəsmalını onun başına keçirərək sıxmağa başladım.
Lətifə yerdə olan bıçağı götürdü, müqavimət göstərdi, mən də xəsarət aldım. Bıçağı Lətifənin əlindən qapdım, bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə yetirdim. İçkili olduğuma görə dəqiq olaraq neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamasam da, bıçaqları təxminən sinə, qol və kürək nahiyələrinə vurduğumu bildim".
"Yarıçılpaq "Neftçilər" istiqamətində qaçdım"
Sahibin sözlərinə görə, təcili yardıma zəng etmək istəyən zaman Lətifə qaçaraq bloka çıxıb: "Lətifə qışqıraraq köməyə çağırdı. Dərhal şalvarımı geyindim və Lətifənin yaşadığı mənzilin qonaq otağından eyvana keçdim. Oradan yerə tullandım. İlk öncə aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar ipinə ilişdim, sonra yerə yıxıldım.
Ayağa qalxaraq ayaqyalın və köynəksiz yarıçılpaq vəziyyətdə "Neftçilər" metrostansiyası istiqamətində qaçdım. Orada tanımadığım mağazaya girdim, özümə bir köynək və bir cüt ayaqqabı aldım.
Tanımadığım taksi ilə Heydər Əliyev prospektində "Saat" adlanan ərazidə mağazadan özümə şalvar da aldım, mağazada əynimdəki şalvarı dəyişdim. Taksi ilə "20 Yanvar" metrostansiyasının yaxınlığına getdim. "20 Yanvar" metrostansiyasının yaxınlığında köhnə şalvarı yerə atdım. Taksi ilə Lənkəran şəhərinə getdim".
"Yıxıldığımı bildirdim"
Sahib deyib ki, həmin gün saat 21 radələrində Lənkəran şəhərinə çatıb: "Əmim oğlu Cəlalla görüşdüm, Bakı şəhərində yıxıldığımı və ayağımın burxulduğunu bildirdim. Məni həkimə aparmasını xahiş etdim. Məni adını xatırlamadığım "sınıqçı" qadının yanında apardı. Həmin qadın ayağıma yumurtanın sarısından sarğı qoydu, ayağımın əzildiyini bildirdi.
Təxminən gecəyarısı dayım Rzanın yaşadığım Lənkəran rayonu, Şilavar kəndindəki fərdi yaşayış evinə getdim. Dayıma da hadisə barəsində məlumat vermədim".
"Atama törətdiyim hadisəni danışdım"
Sahib qeyd edib ki, iyulun 17-də saat 16 radələrində Bakı şəhərinə gəlib və Nardaran qəsəbəsində dəniz kənarına gedib: "İki gün həmin ərazidə qaldım. Sonra könüllü surətdə təslim olmağımın daha yaxşı olacağını düşündüm və piyada Maştağa qəsəbəsi istiqamətdə atamın yaşadığı yerə getdim.
Törətdiyim cinayət hadisəsini atama danışdım. Atam da təcili olaraq məni aparıb polis şöbəsinə təslim edəcəyəni dedi.Dostu Elmara zəng etdi, məni də götürərək Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə apardı".
"Məndən çılpaq şəkillərimi tələb etdi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətifənin sözlərinə görə, ailə həyatı qurub, Zəminə adlı qızı dünyaya gəlib: "2017-ci ildə boşandım, bir müddət restoranlarda ofisiant işlədim. Sonra kişilərlə pul qarşılığında cinsi əlaqədə olub, pul qazandım.
"Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında özümə "Kristina" adı ilə hesab açdım. "Kristina Beybiləri" adına qrup yaratdım və həmin qrupda 150 manat qarşılığında cinsi əlaqədə olduğumu qeyd etdim.
Sahibi təxminən 2021-ci ilin iyunun sonlarında mənə "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında şəxsidə yazdı. Məndən çılpaq şəkillərimi göndərməyimi tələb etdi. Mən də ona heç kimə çılpaq şəkillərimi göndərmədyimi bildirdim və onu qara siyahıya atdım".
"Birlikdə üzüm yedik"
Lətifə qeyd edib ki, hadisə baş verən gün saat 15-16 radələrində "Telegram" sosial şəbəkəsinin tətbiqi proqramında Sahib ona yazıb: "Sahib yanıma gəlmək istədiyini bildirdi. Vatsapda Sahibə yaşadığım evin xəritəsini atdım. Təxminən saat 17 radələrində o, sosial şəbəkədə mənə şəkil ataraq "Araz" marketin yanında olduğunu yazdı. Mən də Sahibə zəng edib, yaşadığım evin yerini başa saldım.
Sahib yaşadığım evə gəldi, evə daxil olan andan məni qucaqladı, öpməyə başladı. Birlikdə evin qonaq otağına keçdik. Aldığı pivəni içdik və birlikdə siqaret çəkdik. Soyuducudan üzüm götürdüm, birlikdə üzüm yedik".
"Cinsi əlaqədə olmağa iyrəndim"
Lətifənin ifadəsinə görə, bir müddət söhbət etdikdən sonra Sahib ona 100 manat pul verib: "Hər ikimiz hamamda yuyunduq, birlikdə evin yataq otağına keçdik. Bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Cinsi əlaqə zamanı Sahib iyrənc hərəkətlər etdi. Onunla cinsi əlaqədə olmağa iyrəndim.
Buna görə Sahiblə təkrar cinsi əlaqədə olmaq istəmədim və narazılığımı bildirdim. Ondan evimdən çıxıb getməsini tələb etdim.
Amma Sahib getmədi, hamamda yenidən yuyundu. Mən də hamam otağına keçərək yuyundum".
"Məni öldürməməsini xahiş etdim"
Lətifənin sözlərinə görə, bu zaman Sahibi qarşısında çılpaq dayandığını görüb: "Ondan nəyə görə əynini geyinərək getmədiyini soruşdum. O, yenidən cinsi əlaqədə olmağı təklif etdi. Təklifini qəbul etmədim, evimi dərhal tərk etməsini tələb etdim. Həmin vaxt hər ikimiz tam çılpaq idik.
Sahib qəflətən mənzilin dəhlizində yaxınlaşaraq məni qucaqladı, yerə yıxdı. Kürəyi üstə yıxıldım, Sahib məni dərhal bıçaqla vurmağa başladı. Yerdə ona müqavimət göstərdim. Bıçaq əlindən yerə düşdü. Yerdə olan bıçağı əlimə götürdüm və ayağa qalxaraq qapıya tərəf qaçmaq istədim. Bu zaman ayağım sürüşərək yerə yıxıldım.
Sahib evdə olan çəhrayı rəngli dəsmalı götürüb, boğazıma keçirdi və məni boğmağa çalışdı. Sonra bıçağı əlimdən aldı, bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Yerdə olan zaman Sahibdən məni öldürməməsini xahiş etdim. Lakin sözlərimə məhəl qoymayaraq hərəkətlərini davam etdirdi".
Lətifə qeyd edib ki, qışqıraraq kömək istədikdə Sahib onu buraxıb: "Mən də qapını açdım, köməyə çağıra-çağıra beşinci mərtəbəyə qalxdım. Qonşular mənə kömək edərək təcili yardım briqadasına məlumat verdilər. Təxminən 10 dəqiqədən sonra təcili yardım gəldi, məni 3 saylı şəhər kliniki xəstəxanaya apardılar. Cərrahi əməliyyat olunduqdan sonra həyatım xilas olundu".
Zərərçəkmiş bildirib ki, Sahibi hadisədən əvvəl heç vaxt görüşməyib: "Ondan hər hansı məbləğdə borc pul almamam. Özümün "Kapital Bank"da hesabım olmayıb. Hər hansı bir şəxsin bank hesabını Sahibə göndərməmişəm".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Sahib 10 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

3178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___