Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müharibə azərbaycanlı müğənniləri toysuz qoydu: "Rusun pulunu elə "öldürüblər" ki..."
Tarix: 12-03-2022 | Saat: 11:45
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Rusiyada toylara getmək çox çətinləşib. Rus çox pis vəziyyətə qalıb, dəyərdən düşüb. 1000 rubl 7 manat olub".
Bunu açıqlamasında bir neçə müddətdir Rusiyada toylara gedən müğənni Tacir Şahmalıoğlu deyib. Sənətçi bunun səbəbini rus pulunun dəyərdən düşməsi ilə əlaqələndirib:
"Ukraynada müharibə gedir, Moskvada da vəziyyət pisləşib, Azərbaycanla yollar bağlanıb, toylar yoxdur. Bunun da səbəbləri var. Toylar pula bağlıdır, rus pulu ölüb. Rusun pulunu heç nə ediblər. Elə "öldürüblər" ki, dəyəri belə qalmayıb. Az işlərim var, onları da görüb qayıdacam".
Müğənni Ukraynada gedən müharibədən narahatlıq keçirdiklərini deyib:
"Biz müharibə ilə bağlı vəziyyəti sosial şəbəkə və media üzərindən izləyirik. Ukraynada qohumlarımız var, zəng edib hal-əhval tutub, oradakı vəziyyətlə maraqlanırıq. Onlar deyir ki, Ukrayna darmadağın olunub. Şükür Allaha ki, qohum-əqraba arasında ölüm-itim yoxdur. Ukraynada həlak olan həmyerlilərimizə Allahdan rəhmət diləyirəm. Hamısına üzüldük".


Xəbəri paylaş

3778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___