Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 22-də, Od çərşənbəsi isə martın 1-də qeyd edilib.
Martın 15-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.
Bu gün Yel çərşənbəsidir
Tarix: 08-03-2022 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4708 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-03-2022 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-12-2022, 11:16
Gecə yarısı DƏHŞƏTLİ QƏZA: ÖLƏNLƏR VƏ YARALILAR VAR - FOTO
21-01-2021, 08:21
DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu
25-11-2016, 11:14
Heydər Əliyevin hədiyyəsi yerinə asıldı
6-05-2022, 13:48
"Oğlum son nəfəsində iki kəlmə söz dedi" - Nazpəri Dostəliyeva
13-09-2022, 11:43
"Ağ şəhər"də metrostansiya TİKİLƏCƏK
25-03-2023, 16:05
Metronda gərgin anlar - Sərnişin qatar yoluna düşdü
17-08-2023, 13:49
"Nikosayağı"nın qəzadan sonra ilk FOTOSU
27-01-2017, 21:05
16 yaşlı qızı zorladılar - "Qorxudan səsimi çıxartmadım"