Ayaqyalın gəzməyin 8 İNANILMAZ FAYDASI
Tarix: 25-02-2022 | Saat: 12:28
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
4408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-02-2022 | Saat: 12:28
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Hal hazırda bütün dünyada ayaqyalın gəzmək dəbə minib. Ayaqyalın gəzmək dəbi ilk dəfə ABŞ-da meydana çıxıb.
ABŞ-da belə insanları "barefuter" (ayaqyalın) adlandırırlar. Onlar mümkün qədər ayaqqabısız keçinməyi çalışır və bunu sağlamlıq üçün çox faydalı hesab edirlər.
Barefuting həmçinin İngiltərə, Almaniya, Belçika, Hollandiya və bir çox digər Avropa ölkələrində çox populyardır. Xaricdə barefutertlər üçün hətta xüsusi parklar salınır. Bu parklarda müxtəlif örtükləri olan yollar (xırda daşlar, yumşaq torpaq, taxta) var. Barefutingin tərafdarları sübut edir ki, ayaqyalın gəzməyə başladıqdan sonra onların sağlamlığı xeyli yaxşılaşıb.
Xalq və həmçinin ənənəvi tibb də ayaqyalın gəzməyi dəstəkləyir. Pəncəmizin üzərində çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə əsas orqan və sistemlərlə əlaqəlidir. Ayaqyalın gəzdikdə biz bu nöqtələri massaj edirik ki, bu da orqanların möhkəmlənməsinə, onların fəaliyyətinin yaxşılaşmasına kömək edir.
Araşdırmalar göstərib ki, ayaqyalın gəzməyin sağlamlıq üçün bu kimi faydaları var:
- immun sistemi möhkəmləndirir, orqanizmə ümumimöhkəmləndirici təsir edir
- sinir sisteminə müsbət təsir edir, stress və nevroz zamanı çox faydalıdır
- pəncənin bağlarını, sümüklərini və əzələlərini möhkəmləndirir
- yastıpəncəliyin çox yaxşı profilaktikasıdır. Kiçik yaşlı uşaqlarda bu üsulla yastıpəncəliyi müalicə etmək mümkündür. Yastıpəncəlikdən əziyyət çəkən böyüklər üçün də bu çox faydalıdır - ağrıları və pəncəyə düşən gərginliyi azaldır.
- ayaqlarda qan dövranını yaxşılaşdırır
- ayaqlarda göbələk xəstəliklərinin qarşısnı alır
- ürək-damar sistemi üçün faydalıdır
- beyinin fəaliyyətini yaxşılaşdırır. Tarixi məlumatlara əsasən, dahi filosoflar Sokrat və Seneka daim ayaqyalın gəzirdi və öz şagirdlərinə bunu təfəkkürün daha yaxşı inkişafı üçün tövsiyə edirdilər.
Torpağın, suyun, çınqıl daşların, otun üzərində gəzmək xüsusilə faydalı sayılır. Nəzərə almaq lazımdır ki, buna tədriclə və yalnız isti havada başlamaq lazımdır.
Bəzi xəstəliklər zamanı (şəkərli diabet, böyrək xəstəlikləri, podaqra və s.) ayaqyalın gəzmək tövsiyə edilmir.
Xəbəri paylaş
Digər xəbərlər
12-06-2019, 11:26
Bu məhsullar və xidmətlər bahalaşdı - SİYAHI
28-04-2015, 15:16
Sabunçu rayonunun Ramana qəsəbəsində qadın özünü öldürmək istədi.
7-11-2019, 11:56
Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT
25-01-2019, 08:25
İsveçdə Azərbaycan dili dərsləri başladı
12-11-2015, 16:29
MTN əməliyyat keçirdi: Saxlananlar var
8-03-2016, 14:27
Başını çəkiclə əzib meşədə basdırdılar – DƏHŞƏTLİ qətlin üstü açıldı
13-05-2020, 17:41
Şimali Koreya lideri Kim Çen In yenə yoxa çıxdı
7-12-2015, 11:31
Dənizdən ümid gözləyən ana: Telefonu açdı danışmadı - VİDEO
10-07-2016, 12:12
Burun əməliyyatından sonra Günay elə gözəlləşdi ki...+FOTOLAR
2-05-2016, 21:18
Trampla görüşən azərbaycanlı gözəl - Foto/Video