Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Məni təhqir edirlər ki, Rəmişin ailəsini dağıtmışam"
Tarix: 25-02-2022 | Saat: 12:04
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Məni təhqir edirlər ki, Rəmişin ailəsini dağıtmışam"




"Rəmişi "balam" deyib ağlayıram, məni təhqir edirlər. Rəmiş mənim balam idi, onu elə bəsləyirdim. Quranda da yazılıb hər bir xanım yoldaşına bala kimi baxmalıdır".
Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü "Bizimləsən" verilişində deyib. O, gitara ifaçısı ilə münasibətlərindən bəhs edib:
"Məni sosial şəbəkədə təhqir edirlər ki, Gülü Rəmişin ailəsini dağıdıb. Heç kimin ailəsini dağıtmamışam. Atam Rəmişin tar müəllimi olub, bizə gəlib-gedirdi. Məni bağçadan götürməyə atam Rəmişi göndərirdi. Bir gün atam başqa adam göndərmişdi, dedim, getmirəm, Rəmiş gəlsin. Atam gəlib məni vurdu ki, Rəmiş gəlsin nədir? Rəmiş evlənəndə 13 yaşım var idi. Oturub ağlayırdım. Bilmirdim niyə ağlayıram".
Ailəsindən danışan Gülü bildirib ki, valideynləri onu internat məktəbinə atıb:
"Ayrıldılar, nə atam, nə anam saxladı məni. Atam ailə qurdu, anam da istəmədi məni. İnternatı bitirəndən sonra anam yenə qəbul etmədi, atam yanına gətirdi məni".




Xəbəri paylaş

4318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___