Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fevralın 15-də müharibə başlayacaq? - “Bunu bilmək üçün heç hərbi ekspert də olmaq lazım deyil”
Tarix: 13-02-2022 | Saat: 11:56
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər





"Rusiyanın Ukraynaya fevralın 15-də hücum edəcəyi ilə bağlı məlumat yayan "Bloomberg" kifayət qədər ciddi mənbə sayılsa da, agentliyin mərkəzi qərargahının ABŞ-da yerləşdiyini və Birləşmiş Ştatların dövlət maraqları ilə bağlı məsələlərdə hətta qlobal nüfuz və etimad sahibi olan təsisatların da informasiya savaşının elementlərindən birinə çevrilə biləcəyini nəzərə almaq lazımdır". Bu sözləri açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Ukrayna böhranı ətrafında baş verən hadisələrə, eləcə də, müharibəbin 15 fevralda başlayacağına dair səslənən iddialara şərh verib:

"Birləşmiş Ştatların təcrübəsində Vyetnam, Əfqanıstan, İraq, Misir, Tunis, Əlcəzair, Liviya, Suriya və digər ölkələrdəki münaqişələrlə bağlı çoxsaylı faktların olması da bu ehtimalın mümkünlüyünü ortaya qoyur. Kəsəsi, "Bloomberg" də, "CNN" də və digər transmilli informasiya vasitələri də öz dövlətlərinin marağı tələb etdiyi halda, çox rahatlıqla yalan məlumat yaya, informasiyaları saxtalaşdıra bilərlər.

Hazırda Rusiya ilə Ukrayna, həmçinin Rusiya ilə NATO arasında yaranmış vəziyyətin müharibə dövrünün reallıqlarına uyğun gəldiyi reallığını qəbul etsək, o zaman yayılan məlumatların əhəmiyyətli hissəsinə informasiya savaşının elementi kimi yanaşmağın daha doğru olduğunu düşünürəm".

E. Mİrzəbəyli əlavə edib:

"Rusiyanın Ukraynaya hücumu ilə bağlı ABŞ rəsmilərinin, o cümlədən Baydeninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın açıqlamasına da, məhz bu kontekstdən yanaşmağın vacib olduğunu düşünürəm. Sallivan deyir ki, “Rusiya hər an Ukraynaya hücum edə bilər və çox güman ki, hücum, hava hücumu ilə başlayacaq”.

Az qala 100 ildir ki, bütün müharibələr hava hücumu və artilleriya atəşi ilə başlayır. Rəqibin hava hücumundan müdafiə sistemləri, müdafiə və hücum qurğuları sıradan çıxarılır ki, quru qoşunları maneəsiz hərəkət edə bilsinlər. Yəni bunu bilmək üçün, nəinki milli təhlükəsizlik məsələləri üzrə müşavir, heç hərbi ekspert də olmaq lazım deyil".

Ekspertin qənaətinə görə, müharibənin baş verəcəyindən, yaxud verməyəcəyindən asılı olmayaraq, Rusiya ilə Ukrayna və bu xüsusda Rusiya ilə NATO arasında yaranmış gərginliyə bir qədər fərqli kontekstdən yanaşmaq lazımdır:

"ABŞ və NATO üzvü olan bir sıra dövlətlərin rəsmilərinin açıqlamaları, eyni zamanda, Rusiyanın qlobal güc mərkəzlərindən biri kimi təqdim və qəbul edilməsinə imkan yaradır. Məsələn, ABŞ prezidenti bəyan edir ki, Rusiya və Amerika əsgərlərinin bir-birinə güllə atmaları üçüncü dünya müharibəsinə səbəb ola bilər. Bu isə dünyada hazırda iki güc mərkəzinin – ABŞ və Rusiyanın qlobal güc olduğunun elan edilməsi deməkdir. Baymayaraq ki, hazırda Çin ÜDM-in həcminə görə dünyanın birinci iqtisadiyyatıdır. Rusiya isə bu siyahıda 20 milyard ABŞ dolarından çox bir fərqlə 6-cı sırada dayanır. Mahiyyət etibarilə, hazırda real güc mərkəzlərindən biri “yumşaq güc” siyasəti yürütməklə, birbaşa konflikltlərdən yayınmaqla daha da güclənməyə çalışan Çindir. Amma tərəf kimi Rusiya elan olunur. Çünki Rusiya Qərbə təhlükə yaradacaq iqtisadi gücdə deyil və bu ölkə ilə anlaşmaq, qlobal iddialarını məxməri mexanizmlərlə həyata keçirən Çindən daha asandır".

Politoloq onu da vurğulayıb ki, digər tərəfdən, Rusiya təhükəsinin qabardılması, bir müddət öncə mərkəzdənqaçma meyllərinin qabarıq nəzərə çarpdığı Qərb blokunun qorunması üçün də vacib şərtlədən biridir:

"Çünki son 20 ildə ABŞ-la Türkiyə istisna olmaqla, NATO üzrə müttəfiqləri arasında yaranan əsas ziddiyyətlər, üzv ölkələrin Avratlantik Alyansa vəsait ödəməkdən yayınması ilə bağlıdır. Bütün bunları vurğulamaqla, ABŞ-la Rusiya arasında hansısa razılaşmanın olduğunu birmənalı şəkildə iddia edə bilmərik. Bəlkə də var. Hər halda Rusiya və Fransa prezidentlərinin görüşü zamanı nəzərə çarpan mənzərə, Rusiya prezidentinin sözüçüsü Dmitri Peskovun görüşdən sonra “söz sahibinin ABŞ olduğunu” qeyd etməsi belə düşünməyə əsas verir. Bu baxımdan, Rusiya-Ukrayna gərginliyinin lokal toqquşmalardan bir qədər uzağa gedəcəyini düşünürəm", - deyə analitik yekunlaşdırıb.


Xəbəri paylaş

4078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___