Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI
Tarix: 04-02-2022 | Saat: 11:46
Bölmə:Karusel / Maraqlı | çapa göndər
3878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-02-2022 | Saat: 11:46
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.
Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir.
Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər.
Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.
Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.
Bal çəkilmiş kələm yarpağı öskürək və bronxit zamanı yatmazdan əvvəl döş qəfəsinə qoyulur.
Qadınlarda menstruasiyadan əvvəl süd vəzilərində ağrı və bərkimə zamanı da kələm kompresi istifadə olunurdu. Həmçinin belə kompres mastit zamanı süd verən anaların döşlərinə qoyulurdu.
Çiban, podaqra zamanı da kələm yarpağı istifadə olunurdu.
Kələm yarpağı gözəllik üçün də geniş istifadə olunurdu. Müxtəlif vitamin və minerallarla zəngin olan kələm yarpağı üz dərisinə maska şəklində qoyulurdu. (İstifadə etdikdən əvvəl yarpaq əzilir ki, şirəsi çıxsın.) Belə təbii kosmetik vasitə dərini çox yaxşı nəmləndirir, ağardır, cavanlaşdırır, daha dartılmış və elastik edir.
Digər xəbərlər
18-07-2021, 12:10
Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda? - Xəstəliyini özün müəyyən et
28-08-2016, 14:14
Məşhur jurnalist intihar etdi
9-07-2022, 12:20
Yaxın iki ildə aclıq fəlakəti baş verəcək - BMT
13-04-2016, 14:43
Bakıda dəhşətli- hadisə-Hamilə qadını döyüb uşağını öldürdülər
11-11-2015, 14:05
Azərbaycanda güclü yağış gözlənilir
2-05-2018, 18:44
May ayında qurulan ailələr tez DAĞILIR?
5-06-2020, 22:52
Ağstafada vətəndaşları kimlər narazı salıb?
1-04-2017, 22:48
Azərbaycan uğrunda həlak olmuş xüsusi təyinatlılar - FOTO
6-10-2016, 09:39
Kadırov sui-qəsddən danışdı — “Yenə cəhd edəcəklər...”