Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda azyaşlının ərə verilməsi qalmaqalı - 18 yaşı tamam olana qədər...
Tarix: 31-01-2022 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Azərbaycanda azyaşlının ərə verilməsi qalmaqalı



Ailə,Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsi sosial şəbəkələrdə Masallı rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı araşdırıb.
Komitədən  bildiriblər ki, Massalı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyadan verilən məlumata görə, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları aildə olublar.
"Fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir.
Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir", -deyə məlumatda bildirilir.


Xəbəri paylaş

3178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___