SON DƏQİQƏ: Polis genişmiqyaslı əməliyyat keçirdi, saxlanılanlar var
Tarix: 31-12-2021 | Saat: 15:08
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin əhatə dairəsi və əlaqələri qısa zamanda dəqiqləşdirilib. Paytaxtın Xəzər, Qaradağ, eləcə də Ağstafa və Qazax rayonlarında həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstənin başçısı Elçin Kazımov, üzvləri Şəmməd Şəmmədov, Anar Süleymanov və pirotexniki vasitələrin satışını təşkil edən Camal Əliyevlə qardaşı Cavad saxlanılıblar. Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin Ağstafa və Xəzər rayonunda yerləşən anbar kimi istifadə etdikləri saxlanc yerlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
"Qeyd edək ki, dəstə üzvləri paytaxt və ölkə ərazisinə bu maddələrin paylanılmasını, həmçinin satışını təşkil edən əsas şəxslər olublar. Onlar ifadələrində pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxlanılan şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 150 min manatdan artıq olub.
Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhval-ruhiyyəsinin, rahatlığının pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir. Xüsusən də uşaqların əyləncə məqsədi ilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilər", - nazirlikdən bildirilib.
Xəbəri paylaş
5338 dəfə oxunub.
Digər xəbərlər

28-06-2021, 11:39
Ucarda ağır QƏZA: azyaşlı öldü
4-07-2018, 17:38
Aslan İsmayılov 1500 manat cərimələndi
17-01-2016, 13:15
Stilist Sərxan hansı məşhur ulduzla yeni ləyihə təqdim edəcək?– (FOTO)
25-04-2015, 13:28
Ollandın Azərbaycana səfəri başa çatdı
1-05-2016, 18:29
Burlov: "Xəzər dənizi elə gözəldir ki..."
9-12-2016, 11:50
NASA-dan qorxunc açıqlama
27-10-2015, 11:23
Sabunçu sakinlərinin DİQQƏTİNƏ: qəzalı binaların sökülməsi ilə bağlı detallar açıqlandı
10-10-2017, 14:51
Bakıda itən hüquqşünas qız tapıldı
23-04-2021, 17:59
Dolların məzənnəsi sabit qaldı
22-08-2022, 11:39
Əbülfəz Elçibəyin vəfatından 22 il ötdü