Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşırlar.
Cütlüyün toyu gələn il baş tutacaq.
Onların münasibəti Vətən müharibəsindən sonra - Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb.
Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib. Səfərbərliklə döyüşlərə qatılan 22 yaşlı qazi, düşmənin atdığı mərmilər nəticəsində üzündə ağır yaralanıb. Milliyətcə rus olan Denis, müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.
Denis Quzlayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Xatırladaq ki, Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.
Vətən müharibəsi qazisi Milli Qəhrəmanın qızı ilə evlənir - FOTO
Tarix: 29-12-2021 | Saat: 10:59
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
7978 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-12-2021 | Saat: 10:59
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
14-02-2018, 12:49
Bakıda silahlı narkobaron saxlanıldı - FOTO
12-08-2015, 14:10
Bakıda kartofun içindən narkotik çıxdı
18-02-2016, 12:38
“170 min dollarlıq qəbzdə Hicran Hüseynovanın adı var”
11-09-2015, 13:26
Milli Məclis təcili iclas çağırdı - Qətnaməyə görə
24-10-2018, 15:25
Ağır yaralanan aparıcı REANİMASİYADADIR
25-05-2017, 21:48
Merkeldən Türkiyə AÇIQLAMASI: "Tərk edəcəyik"
26-01-2016, 21:47
Aygün Kazımova bu gün saat 11-ə hazırlaşır.
8-03-2023, 18:29
Mehriban Əliyeva qadınları təbrik edib - FOTO
16-03-2018, 11:08
ASAN xidmət bayramda işləyəcək? - AÇIQLAMA