Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni ildən elektrik qatarlarında gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
Tarix: 14-12-2021 | Saat: 10:52
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Yeni ildən elektrik qatarlarında gedişhaqqı artacaq?



Bakı-Piraşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının gedişhaqqısının növbəti ildən dəyişəcəyi geniş müzakirə olunan məsələlərdən biridir.
Elektrik qatarından istifadə edən vətəndaşları düşündürən suallardan biri budur ki, gedişhaqqı növbəti ildən dəyişə bilərmi? Bahalaşma və ucuzlaşma ola bilərmi? Bu istiqamətdə Tarif Şurasına müraciət olunubmu?
Yaranan suallara cavab tapmaq məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən
bildirildi ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bir sərnişinin daşınmasına təxminən 5 AZN-dən çox xərclənir:
"Bir sərnişindən əldə edilən gəlir isə orta hesabla 75 qəpikdən yuxarı deyil. Bu gün ADY öz gəlirləri hesabına, xüsusilə də yüklərin daşınmasından əldə etdiyi qazancla sərnişin daşınmalarında yaranan xərcləri qarşılamağa çalışır. Onu da qeyd edək ki, dəmir yolunda gediş haqqını Tarif Şurası tənzimləyir. Dövlət başçısının tapşırığına əsasən, dəmir yolları ilə sərnişin daşınmalarına subsidiya verilməsi ilə bağlı hökumətdə müzakirələr aparılır".










Xəbəri paylaş

2758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___