“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir? - 3-cü doza vurulmasa, sənəd qüvvədən düşür?
Tarix: 29-11-2021 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Hazırda Azərbaycanda “Peyvənd sertifikatı”nın etibarlılıq dövrü müddətsizdir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi və TƏBİB-dən bildirilib.
Bildirilib ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.
Buster (3-cü doza) dozanın isə 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) vurulması tövsiyə olunur.
Koronavirusun yeni ştammlarının yaranması isə buster dozanın əhəmiyyətini daha da artırır.
Mütəxəssislər belə hesab edir ki, virus dəyişmir, sadəcə olaraq, mutasiyaya uğrayır. Mutasiya nəticəsində isə fərqli ştamlar yaranır. Orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq üçün “buster” doza vacibdir. “Buster” doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə bu ilin yanvarın 18-dən başlanılıb. Hazırda ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863-dür. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 nəfər təşkil edir.
1608 dəfə oxunub.
Digər xəbərlər

19-04-2015, 13:56
Bakıda Ekomobil şirkətinin yeni salonu açıldı – FOTO
8-12-2017, 13:07
Gəncədə 20 yaşlı oğlanı öldürdülər
22-02-2020, 11:20
“Kaş ki, dünyanın da anası olardı”
13-04-2017, 12:31
Tanınmış bəstəkar qızına toy etdi - Fotolar
11-06-2020, 13:18
Bu rayonlarda da karantin postları quruldu
31-08-2017, 18:18
Ramil Usubovdan yeni TƏYİNAT
14-02-2016, 12:29
Təcili: Türkiyə yenidən PKK-nın Suriya qolu PYD-ni bombalayır
18-07-2018, 17:01
Sahibkar “Ferma tikdi, bilmədi kimə tikdi”-Video
31-12-2016, 12:14
"Bir qalanın sirri"ndəki Elşənin nəvəsi - foto