Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.
Hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.
Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı "KİA" markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayeva məxsus "Opel"ə çırpılıb.
Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus "Chevrolet" markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın "KİA"nı Məhəmməd Atayevin sükanı arxasında olduğu "Daewoo" markalı maşına çırpıb.
Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu APA-ya Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.
Daha sonra qəzanın baş verdiyi əraziyə "KİA" markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.
Qeyd edək ki, Azadə Rzayeva özünü youtuber kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
Bakıda sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Tarix: 23-11-2021 | Saat: 08:39
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
3308 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-11-2021 | Saat: 08:39
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
7-02-2016, 11:22
Bakıda “Hyundai” piyadanı vurub öldürdü
19-05-2016, 11:35
Sərkisyan yenə “tualet diplomatiyası”na keçə bilər
22-07-2015, 16:54
İŞİD-ın 6 milyon dollarını oğurladı və... (FOTO)
28-05-2016, 10:10
Millət vəkilinə ağır itki
15-03-2022, 00:58
Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozdular - FOTO
9-05-2016, 15:30
DİN Bərdədəki olayla bağlı məlumat yaydı
23-03-2015, 12:50
Manaf Ağayevə ağır itki üz verdi
26-04-2018, 10:35
İnam Kərimovdan yeni - TƏYİNAT
28-11-2016, 00:05
İsrail Prezidenti FHN-ə təşəkkür etdi
29-01-2022, 11:18
Xatirə İslamın geyimini bəyənmədilər: "Bu nə zövqsüz paltardır" - FOTO