“Demək olar ki, təqib etdiyim bütün hamilələr koronavirusa yoluxdu” - Məşhur ginekoloqdan vaksin açıqlaması
Tarix: 27-10-2021 | Saat: 09:08
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Vaksinasiyadan yox, xəstəlikdən qorxmaq lazımdır.
Biz artıq gördük ki, hamilələr də koronavirusa yoluxmağa başlayır. Demək olar ki, təqib etdiyimiz bütün hamilələr virusa yoluxdu. Biz də, xəstələrimiz də narahat olduq.
Açıqlamasında bunu qadın xəstəlikləri üzrə uzman Rəşad Sultan bildirib.
“Biz təkcə döl deyil, anaya görə narahat oluruq. Hamiləlikdə immunitet azaldığına görə, bəzi xəstəliklər daha ağır keçdiyinə görə narahatıq.
Ona görə də vaksinasiyadan yox, birinci xəstələnməkdən qorxmaq lazımdır. Hamilələr isə yüz qat qorunmalıdır. Qorunmaq üçün də əlimizdəki spesifik və effektiv metod vaksindir. İndi bəzi canlı virus vaksinalarını hamiləlikdə məsləhət görmürlər ki, milyonda bir xəstəlik törətmə ehtimalı var. Amma bilirik ki, koronavirus vaksini canlı virusdan deyil. O ya zülal, ya da RnT fraqmentidir.
Ona görə də bu vaksinin hamilələrdə problem və ya infeksiya yaratmaq ehtimalı yoxdur. Dölə də canlı virus özü keçmir. Beləliklə, vaksinin nə anaya, nə uşağa heç bir ziyanı yoxdur.
Bütün hamilə qalmağa hazırlaşan qadınlara vaksin olmağı məsləhət görürük. Vaksinin nə kimi yan təsiri var? Istər hamilə olsun, istər olmasın vaksinin ancaq allergik və pirogen reaksiyası ola bilər.
Əgər bədəndə reaksiya törətmiyəcəksə, immunitet də yaratmaz. Yəni immunitet yaratsın, reaksiya törətsin deyə vurulur. Bəzən reaksiya bir az aşırı olur. Kiminin qızdırması qalxır, kimi biraz halsız olur. Bundan qorxmaq lazım deyil.
Bu birinci və axırıncı vaksinasiya deyil ki, anadan doğulandan vaksin oluna-oluna gəlirik. Bir qolumuzda çiçək, o birində vərəm vaksini, dilimizə damızdırılan poliomielit vaksini, daha sonra yeni çıxan hepatit vaksinləri. Yəni insanlar elə qorxur ki, sanki birinci dəfədir vaksin olunub”.
Xəbəri paylaş
3138 dəfə oxunub.
Digər xəbərlər

27-10-2017, 10:51
Qazaxıstan latın əlifbasına keçdi
3-11-2018, 06:56
RUSİYA DUMASININ RƏSMİSİ RAMİN QASIMOV İNK- NİN BAŞ OFİSİNDƏ OLDULAR
5-11-2021, 13:58
“Whatsapp”dan daha bir yenilik: Şəkilləri..
10-05-2020, 13:13
Məşhur futbolçu karantində saxlanılacaq
23-02-2016, 14:19
Bakıda manyak uşaqlı qadına hücum çəkdi - VİDEO
19-03-2020, 21:53
Azərbaycanda yol polisi ilə mübahisə edən sürücü öldü
30-09-2016, 14:04
Gələn ayın HAVASI - Temperatur mənfi 3 dərəcəyə düşəcək
11-07-2016, 20:07
Suriyada şiddətli müharibə: Bu bölgə 20 dəfə bombalandı
28-03-2017, 19:08
"Gecə evə gec gedirəm, həmişə danlanıram" - Nərgiz