Ev həkimi ZƏNCƏFİL. Bütün dərdlərin dərmanı!
Tarix: 22-10-2021 | Saat: 09:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
3748 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-10-2021 | Saat: 09:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.
Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.
Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.
Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.
Zəncəfil damarların divarları xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.
Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə onların orqanizmini qurdlardan təmizləyə bilərsiniz.
Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.
Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.
Zəncəfil həzm proseslərini stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.
Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.
Zəncəfil mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.
Zəncəfildən dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil 1 stəkan suda dəmlənilir.
Zəncəfil yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2 dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).
Boğaz iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2 damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın (ağzınız açıq olmalıdır).
Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın. 10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.
Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində istifadə olunur.
Zəncəfil çayı
Zəncəfil çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır, aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı hər bir insan üçün xeyirlidir.
Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.
Zəncəfil çayının hazırlanması üsulu
Sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığının (zövqə görə) üzərinə 200 ml qaynar su tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1 çay qaşığı bal əlavə edin. Çay isti içilir.
Xəbəri paylaş
Digər xəbərlər
22-01-2016, 13:23
Bu sevişmə səhnəsi "Muhteşem Yüzyıl Kösem"ə damğa vurdu (VİDEO)
5-07-2022, 14:01
Goranboy icra hakimiyyətində dərə xəlvət: Şöbə müdiri qız qaçırır, rəhbəri isə ayaqyolunda…
5-04-2016, 11:16
Prezidentdən Qarabağ çağırışı
22-01-2017, 13:15
Röyanın ev halı: yataqda, oyuncaqlarla... - FOTO
18-10-2018, 15:03
Gəray Gəraybəyli: "Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur"
25-02-2017, 15:12
Azərbaycanlı gənc Xocalı soyqırımı ilə bağlı video-çarx hazırladı -VİDEO
21-05-2016, 18:21
Pilotlar yatdı: təyyarə saatlarla özü uçdu
5-05-2016, 22:54
Bakıdakı təntənəli mərasimdən - Fotosessiya
20-11-2015, 15:17
“Lotu Quli” düşməninə qalib gəldi