Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Piyada keçidlərində maskasız olanların cərimələnməsi qanunidirmi? - VİDEO
Tarix: 15-09-2021 | Saat: 12:36
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər


Piyada keçidindən keçən maskasız vətəndaşlar cərimələnir.
Söhbət paytaxtın 20 yanvar dairəsindən gedir.
Sözügedən ərazidə yolu keçmək təhlükəli olduğu üçün vətəndaşlar yeraltı piyada keçidindən daha çox istifadə edirlər. Amma bu zaman maskası olmayan vətəndaşlar keçiddə dayanan polislər tərəfindən cərimələnir.
Bəzi vətəndaşlar hesab edir ki, metroya gedənlərlə sadəcə keçiddən istifadə edən şəxslərə fərq qoyulmalıdır. Onların sözlərinə görə, keçidlərin iki tərəfi də açıq olduğundan həmin ərazi qapalı məkan sayıla bilməz.
Ərazidə yoxlama aparan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə rəisi, polis mayoru Babək Musayev isə "Xəzər Xəbər"ə bildirdi ki, istər yerüstü, istərsə də yeraltı piyada keçidlərində vətəndaşların cərimələnməsi tam qanunidir.  
Qeyd edək ki, piyada keçidlərində tibbi maskadan istifadə etməyən şəxslər qanuna əsasən birinci hal olduqda 100 manat, təkrar baş verdikdə isə 200 manat cərimə olunurlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:







Xəbəri paylaş

4088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___