Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:
• "Android"
• "iOS"
Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.
Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.
Birinci doza peyvənd olunanlar qapalı məkanlara belə BURAXILACAQ
Tarix: 02-09-2021 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-09-2021 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-11-2023, 09:15
Paytaxtda bədbəxt hadisə: Ana qızını xilas etmək istəyərkən öldü
13-10-2017, 14:32
İkili standart, islamofobiya, haqq və ədalətdən uzaq bir davranışdır.
10-10-2021, 11:44
"Müğənni siqaret çəkib, içki içməməlidir" - Brilliant Dadaşova
11-07-2017, 11:44
Zaur Kamal ailəsi ilə İtaliyada - FOTO
23-05-2016, 12:15
Qərbin Qəddafini məhv etməsinin -ŞOK SƏBƏBİ
17-03-2022, 12:42
Bakıda film kimi olay: Boşanmaq üçün məhkəməyə gedən qadın icra məmurundan hamilə qaldı
3-06-2016, 14:10
Ərdoğan Merkelə xəbərdarlıq etmişdi - İndependent
20-06-2021, 11:27
Kür çayında batdığı deyilən 4 uşaq anası - "Məni axtarmayın, Bakıdayam”
5-12-2016, 15:18
Xəzərin sahilində dünyanın ən gözəl yolu - FOTO
25-03-2017, 13:54
Azərbaycan içki idxalını 2 dəfə artırıb