"Azərbaycanda arzuolunmaz dondurmalar istehsal olunur, bəzən də belə dondurmalar xarici ölkələrdən idxal edilir".
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, dondurmaların keyfiyyətsizliyinə səbəb olan məsələlərdən biri onun yağlılığının süni yollarla artırılmasıdır:
"Dondurma müəssisəsələri dondurmaların yağlılığını artırmaq üçün müxtəlif süni yollara əl atırlar. Bu isə dondurmaları keyfiyyətsiz edir. İstehlakçılar dondurma yedikləri zaman onun keyfiyyətsizliyini müəyyən edə bilmək üçün ilk növbədə onun dadının acı olub-olmadığına diqqət yetirməlidirlər. Dondurmanı yedikdə dilin üstündə, boğazda acılıq hiss edilirsə, deməli, dondurmanın yağlılığını artırmaq üçün ona kərə yağı deyil, marqarin, bitki mənşəli yağ əlavə edilib.
E.Hüseynov qeyd edir ki, hazırda ölkədə 1000-dən çox dondurma istehsalçısı var. Lakin onların arasında müasir dondurma istehsalçılarının sayı azdır.
AİB sədri əlavə edib ki, Azərbaycanda satılan dondurmaların 20-30 faizi xaricdən gətirilir.
Onun sözlərinə görə, xaricdən mal gətirilən zaman dondurmalar müəyyən temperatur risklərinə məruz qalırlar:
"Əgər dondurma bir dəfə temperatur riskinə məruz qalıb yenidən dondurulursa, o, artıq təhlükəli və çirklənmiş dondurma sayılır. Belə dondurmaları onların qablarının formasına baxmaqla müəyyən etmək olar. Əgər dondurma əzilmiş formadadırsa, demək o, əriyib yenidən dondurulub. Bu cür dondurmaları almaq arzuolunmazdır, alıcılar buna diqqət yetirməlidirlər".
Dondurmanın keyfiyyətsiz olduğunu necə bilmək olar? - Açıqlama
Tarix: 11-08-2021 | Saat: 09:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
5088 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-08-2021 | Saat: 09:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
17-03-2016, 21:09
Milyarder nəvəsi qızları soyundurub alt paltarlarları ilə avtomobilini sildirdi (VİDEO)
23-08-2017, 10:48
Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
18-09-2019, 12:55
Bakıda DƏHŞƏT: Gecə yatan yerdə anasını və qardaşını yandırdı
5-11-2020, 15:18
Ermənistan əhalisi bunu bilsə, dəhşətə gələcək... - Video
30-08-2015, 14:04
Salyanda məktəbdə yanğın oldu
3-11-2016, 01:10
Fransada 4 məscid bağlandı
28-09-2018, 16:15
Hərbiylə bağlı yaş aşağı salınır- Qanuna DƏYİŞİKLİK EDİLDİ
6-10-2017, 10:30
MUZ TV Azərbaycan peyk yayımına başlayır
29-05-2022, 11:37
Nadir Qafarzadədən sərt sözlər: “Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir” - VİDEO