Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
10 yaşında ZORLANMIŞ QIZ... - “Sığınacaqdakı uşaqların 23-ü narkoman övladlarıdır”
Tarix: 10-08-2021 | Saat: 15:47
Bölmə:Karusel / Hadisə | çapa göndər


“1 yaşdan 16 yaşa qədər sığınacağa yerləşdirilən uşaqların sayı 36-dır. Onların arasında 23-nün ya atası, ya da anası narkotik istifadəçisi olan uşaqlardır”.
Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə yerli mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə uşaqlara qarşı olan şiddətin və zorakılıq hallarının aşkarlanması üçün Respublika Baş Prokurorluğu tərəfindən 961 Qaynar xətti yaradılıb:

“Aparılan əməliyyatlar nəticəsində son bir həftə ərzində sığınacağımıza 2 uşaq da daxil olub. Onlardan biri 1 yaş 6 aylıqdır. Uşaq barədə heç bir məlumatımız yoxdur. Zorakılığa məruz qalmış uşaqlar istər psixoloji, istər sosial, istər hüquqi, istərsə də tibbi istiqamətləndirmə yolu ilə reablitasiya keçirlər. Düşdüyü məkanın onun üçün təhlükəli olacağı və ya olmayacağı, burada onu vuracaqlarmı, ona şiddət göstəriləcəkmi, qapalı qalacaqmı, zorlanacaqmı, onu diləndirəcəklərmi kimi fikirlərlə yerləşən uşağın reablitasiyası üçün öncə adaptasiyası vacibdir”.

Kəmalə Ağazadə qeyd edib ki, reablitasiya kiçik yaşlı uşaqlarda daha tez gedir:

“Onların şuuraltıları çox zədəli deyil və gördüklərini tez unudacaqlar. Amma 10 yaşlı qıza təcavüz olunubsa, o, bunu unuda bilər? Bu yaşda bir qızı bizə gətirmişdilər. Həm ana, həm də baba narkotik satışı ilə məşğul idilər. Onlar həbs olunmuşdu. Uşaq yalnız “mən sabah evə gedəcəm, anamı görəcəm?” sualını verirdi. Bu gün artıq üçüncü ilə keçib. Əlbəttə ki, anası ilə ünsiyyəti var. Biz “rəngarəng” həyat keçmiş uşaqların baxışını cəmiyyətə göstəririk”.

 


Xəbəri paylaş

4098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___