Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu ölkədə koronavirusu məhv edən cihaz hazırlandı - FOTO
Tarix: 07-08-2021 | Saat: 11:21
Bölmə:Karusel / Səhiyyə / M2 / Foto-fakt | çapa göndər


Özbəkistanda COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb.
Daşkənddəki Dövlət Sanitar-Epidemiologiya Nəzarəti Mərkəzində cihazın təqdimatı keçirilib.
Cihazın müəllifi, mühəndis Olim Yusupov bildirib ki, bu texnologiya COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.
"BioGenetik" adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə malikdir.
"Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır", - deyə o əlavə edib.
Hazırda bu texnologiya Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.


Xəbəri paylaş

4638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___