Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada AĞIR QƏZA: ölən və xəsarət alanlar var
Tarix: 06-08-2021 | Saat: 10:18
Bölmə:Karusel / Hadisə | çapa göndər




Zaqatalada minik avtomobili ilə yük maşını toqquşub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 03 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən 127-ci km-də baş verib.
1985-ci il təvəllüdlü, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Fətəliyev Rəhman Nəriman oğlu idarə etdiyi "VAZ-21011" markalı 62 BO 011 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Qax rayonu istiqamətində hərəkət edərkən əks hərəkət zolağına çıxaraq Qax rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayan Mamedov Eldəniz Məzahir oğlunun idarə etdiyi "KamAZ" markalı 04 BP 661 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən vurduqdan sonra qarşıya doğru hərəkət edib.

Qəza nəticədə "VAZ-21011" markalı avtomobilin salonunda olan sərnişin 1995-ci il təvəllüdlü, Novxanı qəsəbəsi sakini  Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
"VAZ-21011" markalı avtomobilin sürücüsü Rəhman Fətəliyev, onun avtomobilində olan sərnişinlər - 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı tərəfimdən araşdırma aparılır.


Xəbəri paylaş

4488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___