Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İzzət Elməddinə qarşı çıxdı: - "Oğluma müğənni qız alaram"
Tarix: 23-07-2021 | Saat: 12:19
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


“Oğlum şou-biznesdən qız sevsə, evlənmələrinə razı olaram”. Bu sözləri açıqlamasında müğənni İzzət Bağırzadə deyib. O, bildirib ki, övladlarının ailə qurmaq seçimlərinə qarışmayacaq:

“Övladlarımın ailə qurmaq seçimlərinə qarışmayacam. Əsas qızın əxlaqı, şəxsiyyəti, vicdanı, mənliyi təmiz olsun. Allahını tanıyan, Allahdan qorxan olsun. Allahın əmirlərinə qarşı çıxmasın. Yoxsa filankəs müğənnidi, o biri aktrisadı... heç bunun önəmi yoxdur. Bizim müğənnilər dünyaya elə uşaqlar gətiriblər ki...

İ,Bağırzadə bildirib ki, oğlu sənətini davam etdirmək istəyir:
“İllər öncə belə bir açıqlama verdim ki, övladlarımın şou-biznesdə olmasını istəmirəm. Amma heç kimin qabağını kəsmək olmur. Oğlum Əli verilişimdə mahnı oxudu. Əvvəl hərəsini başqa peşələrdə görürdüm. “Oğlanlarımın üçü də fərqli sənətləri seçiblər. Məsələn Əli oğlum müğənni olmaq istəyir. Mən başqa janrda mahnı ifa edirəm, oğlumsa rok janrına üstünlük verir. Getdim onun üçün studiyada mahnı yazdırdım. İndi də efirə çıxmaq istəyir”.

Qeyd edək ki, aktyor Elməddin Cəfərov Lent.az-a açıqlamasında oğlunun şou-biznesdə olan qadınla evlənməsinə razı olmayacağını demişdi:
“Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur".





Xəbəri paylaş

4948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___