İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Xeberaz.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 25-28° isti, gündüz 35-39° isti, Bakıda gecə 26-28° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Tibbi-meteoroloji proqnoz: İyulun 22-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında isə havann əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.
İyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Şimşək çaxacaq, yağış yağacaq - Bu günün HAVASI
Tarix: 22-07-2021 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4978 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-07-2021 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
21-09-2019, 12:31
Murad Dadaşov və digər məşhurlarla işləyən hüquqşunas qəzada öldü
17-07-2019, 16:17
Şabran və Xaçmaz sakinlərinin nəzərinə
3-12-2015, 11:55
“Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur“
25-11-2020, 13:07
Azərbaycan Ordusu Kəlbəcəri azad etdi” - İbrahim Kalın
14-11-2021, 12:33
“Hədəf” kursları vergidən necə yayınır ?- “Hədəf”in həmtəsisçisi Vüqar Tarquliyev kimdir ?
21-08-2017, 16:34
Ramil Usubov onları işdən çıxardı - Əmr
5-04-2017, 17:10
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
29-04-2019, 12:30
İsgəndər Həmidov Nemət Pənahlının səs yazısına CAVAB VERDİ - "Nemət Pənahlı elə söz deyibsə, yaxşı edib"
16-11-2019, 16:51
Bakıda gimnastika üzrə beynəlxalq turnirin açılışından - FOTOLAR
23-09-2015, 00:41
Nazirin malikanəsi ilə bağlı sensasion durum - İcra başçısı və hakimin adı olan iş prokurorluqda!