Mingəçevirdə yaşayan "paranoid şizofreniya" xəstəsinin pensiyası kəsilib. Həmin şəxsə 2004-cü ildən bəri 2-ci qrup əllilik dərəcəsi təyin edilib. Həkimlər isə belə qənatə gəliblər ki, xəstə sağala bilər. Ailə isə bununla razılaşmır.
17 il təqaüd alan 2-ci qrup paranoid şizofreniya xəstəsinin pensiyası kəsilib.
Mingəçevirdə yaşayan Ağdam rayonundan məcburi köçkün Rauf Babayev 2004-cü ildən Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri dispanserində qeydiyyatdadır. Həmin ildən ona xəstəliyinə uyğun olaraq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu illər ərzində Rauf Babayev Maştağada və Gəncə şəhərində yerləşən ruhi əsəb dispanserlərində müalicə alıb. Həyat yoldaşı deyir ki, Rauf Babayev müalicəsini davam etdirməsə, onda narahatlıqlar daha da artır. Amma buna baxmayaraq, ona iyul ayında əllik dərəcəsinin verilməsindən imtina gəlib.
Rauf Babayevin qonşuları da onun xəstəlikdən əziyyət çəkdiyini deyirlər.
Rauf Babayevin uzun müddət müalicə aldığı Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserindən məsələyə münasibət öyrəndik.
Tibbi Sosial Ekspert Komissiyasının tələbi belədir ki, Rauf Babayevin əlavə müalicəyə ehtiyacı var. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Rauf Babayevin xəstəliyinin başlanma tarixi 1978-ci il olmasına baxmayaraq, səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş "Forma 88" arayışında onun yalnız 2015-ci və 2021-ci ildə stasionar müalicə aldığı barədə məlumat qeyd olunub. Bu səbəbdən onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndərişi həmin səhiyyə müəssisəsinə geri göndərilib. Buna baxmayaraq, Rauf Babayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yerli TSEK-də əyani müayinə olunacaq, məhz bundan sonra onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək.
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - Həkimlər qənatə gəliblər ki, xəstə sağala bilər - VİDEO
Tarix: 12-07-2021 | Saat: 11:20
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3038 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-07-2021 | Saat: 11:20
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
#VİDEO
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2015, 15:05
Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır
24-06-2015, 15:12
AZAL-dan yeni “Yay aksiyası”
24-08-2020, 09:40
"Bavariya" Çempionlar Liqasının qalibi oldu
24-05-2015, 17:28
Həftənin ən yeni mahnıları və klipləri - VİDEO
16-01-2016, 10:59
Çində nənə nəvəsini hamının gözü önündə döydü – VİDEO
25-04-2018, 14:05
Sabaha olan hava proqnozu açıqlandı - İSTİLƏR GƏLİR
2-10-2017, 10:46
Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib
4-11-2016, 18:12
Maaşlarla bağlı şad xəbər
31-01-2018, 15:57
Türkiyə təyyarələri Afrində aeroportu BOMBALAYIR
19-02-2019, 11:43
Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi - FOTO