Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Budəfəki dalğa iqtisadiyyatı məhv edəcək: - “Ağır itkilərlə rastlaşacağıq”
Tarix: 09-07-2021 | Saat: 20:11
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Budəfəki dalğa iqtisadiyyatı məhv edəcək: - “Ağır itkilərlə rastlaşacağıq”


ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla, 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatını təqdim edib. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər, OECD məkanında isə 22 milyon nəfər artıb.

OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib. Bu isə 2020-ci ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox). Ölkələr arasında ciddi fərqlər var. Məsələn, Kolumbiya və Kosta Rikada işsizlik səviyyəsi 2020-ci ilin fevralına nisbətən 2021-ci ilin mayında 4% artıbsa, Avstraliya və Fransada fərq 0 faizə yaxın olub. Hesabatda qeyd olunur ki, qlobal miqyasda məşğulluq səviyyəsinin pandemiyadan əvvəlki göstəriciyə çatması ən yaxşı halda 2022-ci ilin sonunda mümkün olacaq. Ölkəmizdə də pandemiya müxtəlif sahələrə təsirsiz ötüşmədi ki, karantin rejimi ilə bağlı bir sıra iş yerlərinin qapanması nəticəsində bəzi insanlar işlərini itirmək məcburiyyətində qaldılar. Hazırda pandemiyanın yeni dalğası bir sıra dünya ölkələrini ağuşuna alıb.

Azərbaycanda yoluxma sayı artarsa və ölkədə karantin rejimi yenidən tətbiq olunarsa, bu, issizlik səviyyəsinə necə təsir edəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, pandemiya ilə bağlı dövlət tərərindən qabaqlayıcı tədbirlər görüldüyü üçün pandemiya iqtisadiyyatı o qədər də diz üstə çökdürə bilmədi: “Bundan əlavə, dünya bazarlarında neftin qiyməti ötən ilin aprel ayının əvvəlində 20 dollara qədər düşmüşdü və bu son illər ərzində sensasiya xarakteri daşımışdı. Əgər həmin qiymət səviyyəsi may- iyunda da davam etsəydi, onda Azərbaycan iqtisadiyyatının vəziyyəti hansı bir şəkildə ola biləcəyini təsəvvür etmək çox çətindi. Yəqin ki, manat dollara qarşı ilin ikinci yarısında görünməmiş bir səviyyədə ucuzlaşa bilərdi. Ancaq yaxşı ki, bu baş vermədi. Yəni həm dünya bazarında neftin qiymətinin aşağı səviyyədə qalmaması, həm Azərbaycan hökumətinin ötən ilki pandemiya şəraitində atdığı qabaqlayıcı addımlar sayəsində iqtisadiyyat diz üstə çökmədi. Ancaq bununla yanaşı, yenə 4,3 faiz səviyyəsində ÜDM istehsalında tənəzzülə uğradıq. Qeyd etdiyim amillər olmasaydı, təsəvvür edin ki, bu rəqəm hansı səviyyə təşkil edə bilərdi.

Bizdə də nəinki işsizlik artdı, qabaqlayıcı tədbir olmasa idi, birdən-birə bir neçə qurum iflas həddinə gəlib çata bilərdi. İşsizlik səviyyəsi ötən il görünməmiş səviyyəyə qədər qalxa bilərdi. Ancaq indi qarşıda daha bir təhlükənin gözlənilməsi bu dəfə çox ağır nəticələr verə bilər. Çünki həm dünya, həm də Azərbaycan iqtisadiyyatı yeni-yeni bərpa olunur. Belə bir vaxtda yenidən pandemiya dalğası hər şeyi ağuşuna alarsa, onda artıq keçənilki vəziyyətdən, buna qədər olan itkilərdən daha böyük, ağır itkilərlə rastlaşacağıq. Bundan qaçmaq heç cür mümkün olmayacaq. Bu, həm ölkəmizə, həm də Azərbaycan dünya iqtisadiyyatının bir parçası olduğu üçün dünya iqtisadiyyatına aiddir”.//


Xəbəri paylaş

3848 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 14:54 Prokuror-kriminalist öldü

bütün xəbərlər
____ Instagram ___