Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Buna görə vəkillər 2 min manatadək cərimələnəcəklər - Dəyişiklik QƏBUL EDİLDİ
Tarix: 09-07-2021 | Saat: 19:55
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər






Azərbaycanda bir sıra cərimələr artırılır.
Bununla bağlı sənədlər Milli Məclisin növbədənkənmar iclasında müzakirəyə çıxarılıb.
Parlament İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişikliki qəbul edib.
Dəyişikliklərə əsasən, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunub.
Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır.
Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.








Xəbəri paylaş

3958 dəfə oxunub.

Digər xəbərlər
7-05-2016, 10:22 Neft bahalaşdı

bütün xəbərlər
____ Instagram ___