Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toy etmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tarix: 05-07-2021 | Saat: 10:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Toy mərasimlərinin təşkili  üçün icazə.e-gov.az portalında 956 tədbir qeydiyyata alınıb. Bəzi restoranlarda bir gündə iki və daha çox toy keçirilir. Restoran menecerləri deyir ki, nəzarət hər restoranda  fərqli aparılır. 
Toylarla bağlı müraciətlərin sayı minə çatır.
1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazənin verilməsi həm pandemiyadan öncə toy planı quranları, həm də bu dövrdə öz yarını tapıb toy etməyi planlaşdıranları sevindirdi. Restoran menecerləri deyir ki, tarix məlum olduğu gündən müraciətlər başlanılıb.  
Restoranların bəziləri toy etmək üçün tarix götürənlərlə gələn qonaqların Kovid pasportunun olmasına dair müqavilə bağlayır,  bəziləri də müəyyən xəbərdarlıqlar edir. Bütün sanitar- gigeynik qaydalara əməl olunur. 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib ki, icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə 956 tədbir qeydiyyatdan keçirilib. Bunların 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşüb. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı  isə 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən  Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən aktivləşdirilib.



Xəbəri paylaş

3818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___