Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bədbəxt evlilik kişilər üçün ölümcül ola bilər - ARAŞDIRMA
Tarix: 26-06-2021 | Saat: 12:45
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Evlilikdə xoşbəxt olmayan kişilərin ölüm riski yüksəkdir.
Bu barədə İsrail elm adamları araşdırma aparıb.
Belə ki, Tel Aviv universitetinin bu istiqamətdə yeni tədqiqatlarında yaşı 30-dan çox olan 9 min evli kişilərin sağlamlıq göstəriciləri analiz edilib.
Nəticələrə görə, evliliyində bədbəxt olan kişilər xoşbəxt olanlarla müqayisədə başda iflic olmaqla, digər ölüm riski daşıyan xəstəliklərə yoluxma ehtimalının çox olduğu bəlli olub. Araşdırmaçılar, əvvəlcə 1965-ci ildə qeydiyyata alınan 8 min 945 evli kişinin sağlamlıq göstəricilərini nəzərdən keçirib və həmin şəxslərin evliliklərini 1-4 arası balla qiymətləndirməklərini istəyiblər. Evliliklərinə aşağı bal verən kişilərin yüksək bal verənlərlə müqayisədə iflicdən ölmə ehtimallarının 69 faiz daha çox olduğu məlum olub. Tədqiqatçılar həmçinin, yaşı 50-dən az olan kişilər arasında evliliklərindən məmnun olmayanların ölüm riskinin 39,4 faiz,  yaşı 50-dən yuxarı olanlarda isə bu rəqəmin 6,5 faiz olduğunu bildiriblər.
Araşdırmanın baş yazarı həkim Şahar Lev-ari "Maraqlısı odur ki, kişilərin evliliklərindən məmnun olmaması nəticəsində yaranan ölüm nisbəti, siqaret çəkmək və ya idman etməməklə oxşardır" deyə vurğulayıb.
Elm adamları ölüm riskini azaltmaq məqsədilə sağlamlıq qurumlarını insanları evlilik terapiyasına təşviq etməyə çağırıb.



Xəbəri paylaş

3708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___