Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov iki gün sonra vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu klinikalardan birinə yerləşdiriblər.
Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.
Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.
Klinikadan bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib:
“Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.
Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edərək bildirmişdi ki, peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi kimi iddiaların heç bir elmi əsası yoxdur.
Azərbaycanda vaksinasiyaya başlanılması dönəmində də TƏBİB peyvənddən sonra ölüm halı məsələsinə aydınlıq gətirmişdi:
“Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər “CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.
Peyvənddən 2 gün sonra ölən şəxslə bağlı xəstəxanadan AÇIQLAMA
Tarix: 04-06-2021 | Saat: 10:00
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
3638 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-06-2021 | Saat: 10:00
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-10-2015, 19:47
“Parlament seçkiləri gənclərimizin də diqqət mərkəzindədir"
19-04-2021, 00:46
Model geyimlərinə görə həbs edildi - FOTO
14-03-2021, 21:46
Tanınmış bloger Mehman Hüseynov saxlanıldı
19-10-2017, 13:38
BDU-nun bufetində evlilik təklifi edən oğlan danışdı - VİDEO
6-08-2020, 10:53
Gizli nişan keçirənlər cərimələndi
25-01-2022, 20:03
Prezidentin təhlükəsizlik xidmətinin idarə rəisi vəfat etdi - Foto
10-05-2021, 13:20
Masazırda inanılmaz mənzərə: Eşidənlər oraya axışır
25-03-2017, 20:32
"Kurtlar vadisinin" aktiyorları Azərbaycanda - VİDEO
13-10-2018, 12:36
1 həftə sümük bulyonu için, orqanizminizdəki bu dəyişikliyi hiss edin
6-05-2021, 21:10
Bağırsaqları 10 kq zibildən təmizləyən sadə metod