Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Necə oldu ki Azərbaycanda Mavilər birdən birə bu qədər çoxaldı?
Tarix: 30-07-2015 | Saat: 00:13
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Necə oldu ki Azərbaycanda Mavilər birdən birə bu qədər çoxaldı?
Necə oldu ki Azərbaycanda Mavilər birdən birə bu qədər çoxaldı?
Bugün Neftçilər metrosunun yaxınlığında kafedə dostumu gözləyirdim və ofisantdan 1 çaynik çay sifariş etdim. Bu əsnada bir qrup gəncin maraqlı söhbətin türklər demiş "qulaq misafiri" oldum. Belə ki ilk öncə gənclər dünyaca "məhşur" mavi Azisin Bakıya gəlməsindən, konsert proqramından və konsertdə iştirak edən qızların səviyyəsini müzakirə edirdilər. Daha sonra isə ümumiyyətlə söhbət mavilərdən, müstəqillikdən sonra Azərbaycanda birdən birə necə çoxalmasından deyim yerimdəsə "yağışdan sonra çoxalan göbələk" misalı artmasından düşdü. Gənclərdə çox orjinal çox düşündürücü fikirlər olurdu. Onlardan biri bunun genetik olduğunu iddia etdi. O an məni bir sual düşündürdü. Əgər bu belədirsə onda onunda atası mavi olub?! Və onun atasının atası da mavi olub? Əgər bu məntiqi silsilə davam edərsə ilk mavi kim olub və necə mavi olub? Doğrusu bu fikir çox beynimə batmadı. Elə bu an digəri başqa fikri ilə məni yenidən düşündürməyə vadar etdi. "ən çox rol tv lərin şüuraltı təbliğatının nəticəsidir" bəli bu fikirlə tam razı oldum. Çünki günümüzdə nəinki mavilərin təbliğatı hətta fahişəliyi əxlaqsızlığı da təbliğ edən tv proqramlar, filmlər az deyil. -ofisant çayı gətirir saata baxdım dostumun gəlməyinə hələ var idi. doğrusu gec gəlməsini istəyirdim çünkı gənclərin söhbəti elə maraqlı idi ki özümü sanki həmin söhbətin içində hiss edirdim. Çayı süzüb söhbətin nəticəsinə varmaq istəyirdim. Gənclər hərə bir fikir bildirir. Və həqiqətən də çox orjinal və yerində cavab oldu. "Mavilər əsasən avropada olur və bizdə Avropoya inteqrasiya olunmuş ölkə kimi bunun çox köməkliyi olub. Avropada təhsil alan gənclərimiz elə oranın "adət ənənəsi" ilə gəliblər" və təbliğat aparıblar". əslində həqiqəti deyir. Çünki günümüzdə avropanın gözəl mədəniyyəti (misal üçün növbə mədəniyyəti şəhəri zibilləməmək mədəniyyəti) deyil əxlaqsızlığı çirkinliyi mədəniyyət donu geyindirilmiş şəkildə Azərbaycana təbliğ edirlər. Digəri bu fikrə qarşı çıxır. "Yox qardaş guya sovet dövründə mavilər yox idi? Var idi, barmaqla sayılacaq qədər ama "işini" gizlində edirdilər çox adam bilmirdi. Qorxurdular". Bax bu fikir də tam yerinə düşdü. Yəni indiki zamanda bunlara qarşı cəmiyyət qınağı yoxdur. Əvvəl qorxurdularsa indi nəinki qorxmaq açıq aşikar tv lərdə belə mavi olduqlarını bildirənlər dilə gətirənlər etiraf edənlər Və hətta onları dəstək verənlər də az deyil. Elə bu zaman gözlədiyim şəxs gəldi. Amma mən hələ də sualıma tam cavab tapa bilmədim. Və bu sualı Azərbaycan xalqına siz əziz oxucularımıza təqdim edirəm.
Elmir Hüseynli



4 0278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___