Telman İsmayılovun “Mardan Palace” oteli müsadirə olunacaq
Tarix: 29-07-2015 | Saat: 16:53
Bölmə:Karusel / M2 / Ekskluziv | çapa göndər
Türkiyənin Antalyada şəhərindəki məşhur “Mardan Palace” oteli müsadirə olunacaq.
APA-nın Türkiyənin “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, “Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqda Antalyanın 6-cı İcra Dairəsində qərar çıxarılıb.
İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirası borca görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.
Qeyd edək ki, Antalya 4-cü İcra Dairəsi tərəfindən Türkiyə Xalq Bankının Adapazarı filialına 100 milyon dollar borca görə iyun ayında satışa çıxarılan “Mardan Palace” hoteli borcun 4 il ərzində 25 milyon dolların ödəniləcəyi ilə bağlı öhdəlik götürüb və müsadirə satış günü ləğv edilib. “Mardan Palace” hotelinin borcları ilə bağlı məhkəmələrdə ümumilikdə 67 iş mövcuddur.
Xatırladaq ki, “Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur. Hotelin tikintisinə 1,5 milyard dollar xərc çəkilib.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

18-10-2019, 14:30
İki baş inəyə görə iki nəfər saxlanıldı
2-01-2017, 12:17
Türkiyədə bomba həyəcanı - Hava limanında
22-04-2023, 10:39
Şamaxıda DƏHŞƏT: əmisi oğlunu iplə boğub öldürdü
11-07-2015, 02:41
“Özümü supermen saymıram”- ABŞ-ı mat qoyan azərbaycanlı
20-01-2017, 15:23
Ruhi qaraya büründü... - Fotolar
7-11-2018, 15:51
Prezident ailəsi ilə “Bravo”nun açılışında
18-02-2023, 11:04
Nəyə görə ər-arvadın yatağı ayrı olmalıdır?- ALİMLƏRDƏN İZAH
17-01-2019, 11:50
Bu günə sulu qar, qar gözlənilir - XƏBƏRDARLIQ
17-03-2017, 23:21
Elzanın özündən maraqlı eynəyi - FOTO
19-12-2019, 14:14
Prezident yanında müşavirə keçirildi